Maliyyə mütəxəssisi

Manufacturing

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 13 fevral 2026

Son Tarix: 13 mart 2026

Təsvir

  • Avans hesabatlarının hazırlanması (kassadan götürülmüş xərclər, ezamiyyət və s.)

  • Creatio proqramına sifarişlərin yerləşdirilməsi

  • Debitor borclara aid hesabatın hazırlanması, borclara nəzarət, maillərin göndərilməsi

  • Əmək haqqı hesablanması

  • Müştərilərlə üzləşmələrin aparılması

  • Xərc, ödəniş və sifarişlərlə bağlı əməliyyatlar

Tələblər

  • Maliyyə və mühasibat sahəsində ali təhsil

  • Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi

  • 1C və MS Office proqramlarında işləmə bacarıqları

  • Detallara diqqətli olması

  • Komandada işləmə bacarıqları

Necə Müraciət Etmək Olar

Embawood MMC

Embawood MMC

Manufacturing

Embawood MMC Azərbaycanda fəaliyyət göstərən ilk milli mebel brendlərindən biridir və əsası 1996-cı ildə qoyulub. Şirkət müştəriyönümlü strategiyanı əsas prinsip kimi seçərək ev və ofis üçün müxtəlif üslubda mebel məhsullarının istehsalı və satışını həyata keçirir. Embawood müasir dizayn, geniş model-rəng seçimi və satışdan sonrakı xidmətin inkişafı ilə bazarda tanınan brendlərdən biri hesab olunur. Şirkətin rəsmi məlumatına görə Embawood MMC Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi 15A ünvanında fəaliyyət göstərir və VÖEN məlumatı da qeyd olunub. Eyni zamanda Azərbaycanın Masallı, Xırdalan və Sumqayıt şəhərlərində, eləcə də Ukrayna və Gürcüstan da daxil olmaqla ümumilikdə 5 fabriki mövcuddur.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#8570

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Tender mütəxəssisi

Tam Ştat

Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilən tender müsabiqələrini gündəlik izləyir, şirkətin fəaliyyət növünə uyğun olan müsabiqələri müəyyən edir və rəhbərliyi məlumatlandırır. Tenderin Əsas Şərtlər Toplusunu araşdırır, şirkətin tenderdə iştirak imkanlarını ilkin olaraq analiz edir və nəticələri rəhbərliyə təqdim edir. Tenderdə tələb olunan bütün sənədləri "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə hazırlayır. Tender təkliflərini, tələb olunan sənədləri və bank qarantiyasını müəyyən edilmiş müddətdə portala yerləşdirir və ya satınalan təşkilata təqdim edir. Dövlət və kommersiya təşkilatları ilə müntəzəm yazışmalar aparır, görüşlər təşkil edir və beynəlxalq partnyorlarla uzunmüddətli əməkdaşlıq əlaqələri qurur. Satınalan təşkilatlarla danışıqlar aparır, daxil olan sorğulara vaxtında cavab verir, Tender Komissiyası ilə yazışmalar aparır və tələb olunarsa nümunə malları təqdim edir. Tender prosesləri üzrə həftəlik, aylıq və illik hesabatlar hazırlayır, həmçinin tender icrası zamanı çəkilən xərclərə dair avans hesabatlarını tərtib edərək maliyyə şöbəsinə təqdim edir. Satınalan təşkilatların illik satınalma planlarını təhlil edir, gələcək tenderlərə hazırlıq məqsədilə tədbirlər görür, qanunvericilik və normativ dəyişiklikləri izləyir, potensial müştəriləri müəyyən edir, onların ehtiyaclarını qiymətləndirir, uyğun təkliflər hazırlayır, daimi müştərilərə tender öncəsi məhsul tələbinin formalaşdırılmasında dəstək göstərir və rəhbərliyin verdiyi digər tapşırıqları icra edir.