Ana Səhifə
Vakansiyalar
Maliyyə və Audit
Maliyyə analizi/investisiya

Maliyyə idarə edilməsi departamentinin MBHS (IFRS) qruıpunun mütəxəssisi

Maliyyə idarə edilməsi departamentinin MBHS (IFRS) qruıpunun mütəxəssisi

Finance

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 26 may 2026

Son Tarix: 25 iyun 2026

Təsvir

  • Bankın illik və yarim illik hesabatın hazırlanmasında mühasibatlıq uçotunun aparılmasının koordinasiyası (MHBS-ə uyğun olaraq);

  • Maliyyə Uçotu Siyasətinin MUBS əsasında işlənib hazırlanması və tətbiq edilməsində iştirak etmək;

  • Müvafiq hesabatların (disclosurelar) dəqiq və vaxtında təqdim etmək;

  • Maliyyə Uçotu Siyasətinin MUBS əsasında hazırlanmış Maliyyə hesabatlarını hazırlanmasında iştirak etmək (MHBS Fərdi və konsolidasiya hesabatı);

  • Xarici auditorların illik və yarım illik MHBS hesabatının yoxlamasında dəstək etmək;

  • Xarici auditorlarla daimi kommunikasiya qurmaq;

  • Bankın törəmə bankları ilə MHBS-in tərtibi üzrə daimi kommunikasiya qurmaq;

  • Xarici auditorlarla yoxlama zamanı bütün hesablama və ilkin mənbə məlumatlarını təqdim etmək;

  • Korporativ mərkəzlə konsolidasiya hesabatı tərtib etmə zamanı korporativ mərkəzin sorğularının cavablandırılması və sorğulanan məlumatları və hesablamaları etmək və göndərmək;

  • MHBS hesabatının avtomatlaşdırılmasında iştirak və biznes tələblərini formalaşdırmaq;

  • MHBS hesabatının tərtibi üzrə iş planını hazırlamaq və icra etmək;

  • MHBS hesabatı tərtib edərkən hesabatlara dair qeydlər(disclosure notes) üzrə təhlillərini hazırlamaq və fərqləri araşdırmaq;

  • Maliyyə dövrünün bağlanması vaxtını azaltmaq üçün əməliyyatların təkmilləşdirilməsini təmin etmək və müvafiq təkliflər vermək (icrası);

  • Mühasibat, maliyyə məsələləri, MUBS üzrə metodik dəstək, biznes vahidlərinə müvafiq məsləhətlər vermək;

  • MHBS-ə uyğun uçotu qaydalarını araşdırmaq və bankın uçot siyasətinə dair tövsiyələr hazırlamaq.

Tələblər

  • Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil

  • Tələb olunan iş təcrübəsi: 2-3 il

  • Lisenziya / Sertifikat or exams : ACCA /Dip İFRS/ CIMA

  • Xarici dillər: İngilis(mütləq),Rus

  • Kompüter bilikləri: Microsoft Office

  • Məhsul üzrə biliklər: Bank məhsulları üzrə biliklər

  • Bazar üzrə biliklər: Maliyyə, iqtisadiyyat üzrə biliklər

Necə Müraciət Etmək Olar

PASHA Bank

PASHA Bank

Finance

PASHA Bank Azərbaycanda fəaliyyət göstərən aparıcı korporativ banklardan biridir və əsasən biznes bankçılığı, investisiya həlləri və korporativ maliyyələşmə sahəsində ixtisaslaşıb. Bank 2007-ci ildə yaradılıb və hazırda PASHA Holding tərkibində fəaliyyət göstərir. PASHA Bank iri korporativ müştərilər, kiçik və orta biznes subyektləri üçün kredit, xəzinədarlıq, ticarət maliyyəsi və digər maliyyə xidmətləri təqdim edir. Bank fəaliyyətində innovasiya, etibarlılıq və müştəriyönümlü yanaşma prinsiplərini əsas tutur. PASHA Bank rəqəmsal bankçılıq həllərinin inkişafına, beynəlxalq maliyyə standartlarının tətbiqinə və ölkədə biznes mühitinin inkişafına xüsusi önəm verir. Bank həmçinin Azərbaycanın maliyyə sektorunda iri layihələrin maliyyələşdirilməsində və sahibkarlığın dəstəklənməsində aktiv rol oynayır.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#18229

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Ticarətin maliyyələşdirilməsi Məhsul üzrə Mütəxəssis

Tam Ştat

Korporativ müştəriləri Bankın ticarətin maliyyələşdirilməsi məhsulları ilə təmin olunması və korporativ müştərilərin Korporativ Bankçılıq və Kommersiya Bankçılığı seqmentləri üçün bu əməliyyatların strukturlaşdırılması; Mövcud və yeni müştərilərə satış təqibi çərçivəsində korporativ satışların idarəedilməsi üzrə müştəri menecerləri ilə qarşılıqlı əlaqənin qurulması; Bankın müştəriləri üçün sənədli əməliyyatların (akkreditivlər, kredit məktubları və bank zəmanətləri) idarəedilməsi; Maliyyə təhlili şöbəsi ilə birlikdə müştərilər üçün ticarətin maliyyələşdirilməsi əməliyyatlarının strukturlaşdırılmasında iştirakın təmin edilməsi; Sənədli əməliyyat məhsullarının hazırlanması və satışların dəstəklənməsi; Müştəri tərəfindən ticarətin maliyyələşdirilməsi üzrə razılaşmanın tələblərinə komplayens baxımından riayət olunmasına müntəzəm monitorinqin aparılması, müştərinin mövcud öhdəliklərinin vaxtında ödənilməsinin/icrasının təmin və monitorinq edilməsi; Ticarət maliyyələşdirilməsi sazişləri üzrə münasib qiymət və razılıq üçün səmərəli yardımın göstərilməsinin, müştərilərin tələbatının müəyyənləşdirilməsinin və ən müasir ticarət maliyyələşdirilməsi məhsulları haqqında məlumatların verilməsinin təmin edilməsi; Müştərilərin ticarət maliyyələşdirilməsi üzrə sorğularının araşdırılması; Bankın ticarətin maliyyələşdirilməsi üzrə fəaliyyətini dəstəkləmək məqsədilə yerli və xarici müxbir banklarla səmərəli ünsiyyətin saxlanılması; Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar və s.