Ana Səhifə
Vakansiyalar

Maliyyə direktoru

Maliyyə direktoru

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 27 mart 2026

Son Tarix: 23 aprel 2026

Təsvir

Vəzifə öhdəlikləri:

  • Şirkətin maliyyə planlarını hazırlamaq, gəlir və xərcləri büdcələmək.

  • Büdcə performansını izləmək və analiz etmək, büdcə hədəflərinə uyğunluğunu təmin etmək

  • Gəlir, xərclər, mənfəət və zərərlərlə bağlı aylıq, rüblük və illik maliyyə hesabatlarını hazırlamaq

  • Maliyyə nəticələrini təhlil etmək və rəhbərliyə hesabat vermək.

  • Pul axınlarının səmərəli şəkildə idarə olunmasını təmin etmək və likvidlik səviyyəsini saxlamaq.

  • Bölmələr üzrə material qalığına nəzarət.

  • Mal hərəkətinin uçotu və inventarizasiya nəzarət.

  • Əsas vəsaitlər və amartizasiya hesablanmasına nəzarət.

  • Şirkətin vergi siyasətini tənzimləmək və vergi öhdəliklərini vaxtında yerinə yetirmək.

  • Vergi hesabatlarını hazırlamaq və qanunvericiliyə uyğun təqdim etmək.

  • Vergi qanunvericiliyindəki dəyişikliklərdən xəbərdar olmaq və uyğun vergi planlaşdırması aparmaq.

  • Vergi optimallaşdırması məqsədilə müvafiq strategiyaların hazırlanması və həyata keçirilməsi.

  • Audit zamanı ortaya çıxan problemlərin həll edilməsi üçün müvafiq tədbirlər həyata keçirmək və hesabatlılığı təmin etmək.

  • Maliyyə bazarlarını izləmək və iqtisadi şəraitin dəyişikliklərinə uyğun maliyyə strategiyalarını tənzimləmək.

  • Yeni maliyyə mənbələrinin cəlb edilməsi və mövcud kapitalın artırılması üçün strategiyalar hazırlamaq.

  • Əmək haqqlarının hesablanmsına nəzarət.

  • Sosial vergilərin hesablanmasına nəzarət.

  • Kassa hesabatlarına nəzarət .

  • Satışın planlanması və mayə dəyərinin kalkulyasıyası.

  • Büdcələrin tərtib olunması.

Namizədə aid tələblər:

  • Ali təhsil (maliyyə, mühasibatlıq və ya iqtisadiyyat ixtisası üzrə);

  • Müvafiq  vəzifədə 3 il iş təcrübəsi

  • Mühasibatlığa dair cari qanunvericilik bilgiləri (Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi);

  • Mаliyyə şərаitini аnаliz еtməк qаbiliyyəti, prоblеmləri həll еtmək bаcаrığı;;

  • Rəsmi hesabatların hazırlanması və təqdim olunması prosedurlarını bilməli;

  • Yüksək səviyyədə ofis proqramları (xüsusilə Excel) biliyi;

  • İdarəçilik bacarığı və komanda ilə işləmək;

İş şəraiti:

  • Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə;

  • Əmək haqqı: Qarşılıqlı razılaşma əsasında təyin olunacaq.

Vakansiyaya uyğun olan namizədlər CV-lərini göstərilən elektron poçtünvanına göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Quba Palace Hotel

Quba Palace Hotel

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#11944

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə