Maliyyə Departamenti/direktor

Tam Ştat

Direktor

Razılaşma yolu ilə

Yerləşdirilib 19 may 2026

Son Tarix: 7 iyun 2026

Təsvir

  • Bankın strateji maliyyə qərarlarının formalaşdırılmasına, aktiv və passivlərin, kapitalın effektiv idarə olunmasına töhfə verilməsi;

  • Mərkəzi Bank və digər nəzarətedici orqanlara hesabatların düzgün və vaxtında təqdim olunmasına nəzarət;

  • Dövri əsasda rəhbərliyə zəruri hesabatların təqdim olunması;

  • Effektiv büdcə planlamasının aparılması;

  • Departamentin fəaliyyətinin və əməkdaşların inkişafının təmin olunması;

  • Bankın İdarəetmə orqanları tərəfindən ona həvalə edilmiş, həmçinin daxili qayda və təlimatlarla nəzərdə tutulmuş digər vəzifələrin yerinə yetirilməsi.

Tələblər

  • Maliyyə, iqtisadiyyat və ya biznesin idarə edilməsi üzrə ali təhsil;

  • Bank sektorunda minimum 5 il iş təcrübəsi, o cümlədən rəhbər vəzifədə təcrübə;

  • Bankın likvidliyinin, aktiv və passivlərinin idarə olunması (ALM) sahəsində praktiki təcrübə;

  • BMHS (IFRS) standartları və tənzimləyici orqanlara hesabatlıq üzrə dərin biliklər;

  • Maliyyə modelləşdirilməsi və analitik təhlil üzrə güclü bacarıqlar;

  • Strateji düşünmə, qərarvermə və effektiv liderlik bacarıqları;

  • Yüksək səviyyədə kommunikasiya bacarıqları;

  • Azərbaycan dilini sərbəst, ingilis dilini yüksək səviyyədə bilmək;

  • CFA və ya FRM kimi beynəlxalq peşəkar sertifikatlarının olması üstünlükdür.

Necə Müraciət Etmək Olar

Expressbank ASC

Expressbank ASC

Finance

Expressbank ASC Azərbaycanda fəaliyyət göstərən kommersiya bankıdır və fərdi, eləcə də biznes müştərilərinə müxtəlif maliyyə xidmətləri təqdim edir. Bank kreditlər, depozit məhsulları, ödəniş kartları, pul köçürmələri və digər bank xidmətləri ilə müştərilərin gündəlik maliyyə ehtiyaclarını qarşılamağa yönəlib. Expressbank ölkə üzrə filial və xidmət şəbəkəsi vasitəsilə fəaliyyətini geniş auditoriyaya təqdim edir. Bank fəaliyyətində sürətli xidmət, müştəri rahatlığı və rəqəmsal inkişaf prinsiplərini əsas tutur. Expressbank mobil və internet bankçılıq həlləri vasitəsilə istifadəçilərə onlayn əməliyyatlar aparmaq, ödənişlər etmək və hesablarını idarə etmək imkanı yaradır. Bank həmçinin kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi və müasir bankçılıq texnologiyalarının tətbiqi istiqamətində fəaliyyətini davam etdirir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#16909

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Direktor

Şirkət Ölçüsü

501-1000

Bu Şirkətdən Daha Çox Vakansiya

Pərakəndə bankçılıq departamenti/ Pərakəndə məhsulların yaradılması və inkişafı şöbəsi/mütəxəssis/aparıcı mütəxəssis

Tam Ştat

Satış və müraciət sayının artırılması məqsədi ilə məhsullar üzrə müxtəlif aksiya və kampaniyaların keçirilməsi üzrə təkliflərin verilməsi; Mövcud proseslərin və əməliyyatların monitorinqi. Boşluqlar aşkarlandıqda aidiyatı strukturlara məlumat vermək və texniki sifariş yazılması; Mövcud günlük/aylıq/illik hesabatların izlənilməsi və tələbə uyğun olaraq yeni hesabatların hazırlanması; Müştəri davranışlarının izlənilməsi, təhlil edilməsi və bunun əsasında yeni təkliflərin hazırlanması; Pərakəndə bank məhsulları üzrə bazar araşdırmalarının aparılması, bazarda yeniliklərin daim nəzarətdə saxlanılması və bazara uyğun yeni təkliflərin hazırlanması; Hazırlanan təkiflər üzrə statistik təhlillərin aparılması (proqnozlaşdırılan satış həcmi, orta çəkili satış faizi və s.); Şərtləri əhatələndirən daxili sənədlərin hazırlanması və razılaşdırılması; Məhsullar üzrə şərtlərin daxili qaydalara və qanunvericiliyə uyğunlaşdırılması; Aparılan satışın proqnozlaşdırılan statistik təhlillərə (proqnozlaşdırılan satış həcmi, orta çəkili satış faizi və s.) uyğunluğunun gündəlik əsasda izlənilməsi; Pərakəndə bank məhsulları üzrə reklam vasitələrinin seçilməsində və reklamların hazırlanmasında iştirak; Müştərilər üzrə loyallığın qorunması üzrə işlərin həyata keçirilməsi, təkrar müştərilər üçün müxtəlif güzəştli şərtlərin hazırlanması; Daxili və xarici bazarda rəqəmsal məhsulların (kredit/qeyri-kredit) izlənilməsi və rəqəmsal məhsullar üzrə yeni təkliflər vermək.