Mağaza satıcısı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 9 yanvar 2026
Son Tarix: 30 yanvar 2026
Təsvir
Mağazanın satış planının yerinə yetirilməsinə cavabdehdir; satış hədəflərinin icrasını izləyir və analiz edir.
Müştəri məmnuniyyətinin təmin olunması üçün xidmət standartlarına riayət olunmasını təmin edir.
Şikayət və müraciətlərin operativ və peşəkar şəkildə həllini təşkil edir.
Malların qəbulunu, yerləşdirilməsini, sayımını və düzgün saxlanmasını təşkil edir.
Məhsul qalığının optimal səviyyədə saxlanmasına və vaxtında sifarişlərin verilməsinə cavabdehdir.
Məhsulun keyfiyyətinə, qablaşdırmasına, qiymət nişanlarının düzgünlüyünə nəzarət edir.
İtki, korlanma və inventar fərqlərinin qarşısını almaq məqsədilə daimi nəzarət aparır.
Kassa əməliyyatlarının düzgün aparılmasına və gündəlik hesabların uyğunluğuna nəzarət edir.
Gündəlik, həftəlik və aylıq satış hesabatlarını hazırlayır və rəhbərliyə təqdim edir.
Satış əməliyyatlarının və maliyyə sənədlərinin (qəbz, qaimə, çek və s.) düzgünlüyünü təmin edir.
Mağazanın texniki təhlükəsizliyinə, yanğın təhlükəsizliyi qaydalarına və sanitariya tələblərinə riayət olunmasına nəzarət edir.
Mağazanın təmizliyi, avadanlıqların saz vəziyyətdə saxlanılması və texniki problemlərin operativ həlli üçün tədbirlər görür.
Oğurluq və digər risklərin qarşısının alınması məqsədilə təhlükəsizlik sistemlərinə nəzarət edir.
Şirkət rəhbərliyinin tapşırıqlarını vaxtında və keyfiyyətlə yerinə yetirir.
Şirkətin daxili qaydalarına, etik davranış və korporativ standartlarına əməl edir.
Mağazanın fəaliyyətinə dair təkliflər hazırlayır və idarəetmənin təkmilləşdirilməsi istiqamətində təşəbbüslərlə çıxış edir.
Tələblər
Təhsil: Orta/ali
Yaş həddi: 25-45
Kompüter biliyi: MS Office və 1C proqramı;
İş təcrübəsi: Minimum 1 il müvafiq sahədə;
Dillər: Azərbaycan dili (Rus və İngilis dilləri arzuolunandır)
Şəxsi keyfiyyətlər
Satış və idarəetmə bacarığı;
Ünsiyyət və danışıq bacarığı;
Strateji və analitik düşüncə tərzi.
İş şəraiti:
İş yeri: VIL Mağazası (Əhmədli və Lökbatan əraziləri);
İş qrafiki: 6 günlük;
İstirahət: Bazar günü;
Korporativ nömrə şirkət tərəfindən təmin edilir;
Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Mətanət A Şirkətlər Qrupu
Vakansiya Təfərrüatları
Vakansiya ID
#4477
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə