Mağaza rəhbərinin müavini (İmişli)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 14 yanvar 2026
Son Tarix: 30 yanvar 2026
Təsvir
Mağaza üzrə satışın effektiv həyata keçirilməsinə nəzarət edilməsi;
Mağaza işçilərinin vəzifə təlimatına əsasən iş icrasına, daxili intizam qaydalarına və iş keyfiyyətinə nəzarət edilməsi;
Mütamadi olaraq mağaza üzrə məhsul qalığının yoxlanılmasına nəzarət edilməsi;
Struktur bölmələrdən gələn müraciətlərin araşdırılması və cavablandırılması;
İstifadəyə yararsız, itmiş, xarab olmuş məhsulların aktlaşdırılması və müvafiq struktur bölmələrə bildirilməsi;
Müştəri məmnuniyyətinin qorunması istiqamətində tədbirlərin həyata keçirilməsinə nəzarət edilməsi;
Mağazanın təmizliyinin, səliqəsinin və təhlükəsizlik tədbirlərinin gözlənilməsinin təmin edilməsinə nəzarət edilməsi;
Məhsul stendlərinin məhsullar ilə təmin edilməsinə nəzarət edilməsi.
Tələblər
Ali təhsil;
Rəhbər vəzifəsində ən az 1 il iş təcrübəsi (Mütləqdir);
Səlis azərbaycan dili biliyi, rus dili biliyi üstünlükdür;
Microsoft Office proqramlarında işləmə bacarığı (Word, Excell, Outlook);
1C proqramında işləmə bacarığı arzu olunandır;
Liderlik xüsusiyyətləri;
Yaranmış problemləri həll etmə bacarığı;
Nəticə yönümlülük;
Qəbul edilmiş qərarlara cavabdehlik daşımaq bacarığı;
Komandada işləmək bacarığı.
İş şəraiti:
İş günləri: 6 günlük;
Rəqabət qabiliyyətli əmək haqqı.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Veb Səhifəyə KeçKontakt Home
Retail
Kontakt Home texnologiya və pərakəndə ticarət sahəsində aparıcı mövqeyə malik ABC-Telecom şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir. Şirkət müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyən edir, büdcə və ehtiyaclara uyğun düzgün məhsul seçimi ilə keyfiyyətli xidmət təqdim edir. Rəqəmsal və məişət texnikası, mebel və tekstil üzrə 30 000-dən çox məhsulu, 40-dan artıq beynəlxalq brendin rəsmi və eksklüziv distribütorluğunu özündə birləşdirərək “sevindirən” alış təcrübəsi yaradır. Kontakt Home 2006-cı ildə kiçik bir mağaza kimi fəaliyyətə başlayır və illər ərzində sürətli inkişaf edərək ölkənin ən böyük pərakəndə satış şəbəkələrindən birinə çevrilir. Hazırda Azərbaycan üzrə 38, Gürcüstanda isə 3 mağaza və onlayn platformalar vasitəsilə fəaliyyət göstərir. Sərfəli kampaniyalar, hissəli alış imkanları, 3 ilədək rəsmi zəmanət, əvəzləyici məhsul və sosial məsuliyyət layihələri ilə müştərilərinə davamlı dəyər yaratmağı hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#4814
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+