Logix ERP proqramı üzrə developer (SQL)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 20 yanvar 2026

Son Tarix: 19 fevral 2026

Təsvir

**İşin Təsviri:**Logix ERP proqramının inkişafında və müştəri ehtiyaclarına uyğun olaraq fərdiləşdirilməsində iştirak edəcək SQL Developer axtarırıq. Bu vəzifədə sizdən verilənlər bazalarının qurulması, optimallaşdırılması və ERP modullarına aid SQL sorğularının hazırlanması tələb olunacaq.

Vəzifə Öhdəlikləri:

  • Logix ERP sistemi üçün SQL sorğularının və prosedurlarının hazırlanması

  • Mövcud verilənlər bazasının optimallaşdırılması və performansın artırılması

  • ERP modullarına uyğun verilənlər bazası strukturlarının yaradılması və idarə edilməsi

  • Müxtəlif hesabatların hazırlanması və verilənlər bazası üzrə problemlərin həlli

  • Verilənlər bazasının təhlükəsizliyinin təmin edilməsi

Tələblər

  • SQL sorğularının yazılmasında və optimallaşdırılmasında ən azı 1 il iş təcrübəsi

  • Verilənlər bazası idarəetmə sistemləri (MSSQL və ya MySQL) üzrə dərin biliklər

  • ERP sistemləri ilə iş təcrübəsi üstünlükdür

  • Verilənlər bazasının strukturu və normalizasiyası haqqında anlayış

  • Analitik düşüncə qabiliyyəti və problemlərin həllində yaradıcı yanaşma

  • Komandada işləmək bacarığı və yüksək motivasiya

  • Məsuliyyətli və nəticəyönümlü olmaq

Üstünlük veriləcək bacarıqlar:

  • Logix ERP platforması ilə təcrübə

  • Verilənlər bazasının təhlükəsizliyi üzrə biliklər

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#5842

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə