Logistika üzrə Əməliyyat Meneceri (StartUp)
Tam Ştat
Menecer
Razılaşma yolu ilə
Yerləşdirilib 4 aprel 2026
Son Tarix: 2 may 2026
Təsvir
Biz kimik?
Biz sürətlə böyüyən, logistika və gömrük sahəsində innovativ həllər təqdim edən dinamik komandayıq. Məqsədimiz – daşınma proseslərini daha sürətli, daha şəffaf və daha effektiv etməkdir.
Əgər sən dəyişiklik yaratmaq, prosesləri optimallaşdırmaq və real nəticələr görmək istəyirsənsə — komandamıza qoşul!
Sənin rolun nədən ibarət olacaq?
Gündəlik logistika əməliyyatlarını idarə etmək və koordinasiya etmək
Daşımalar üçün ən optimal marşrutları planlaşdırmaq
Daşıyıcılarla danışıqlar aparmaq və ən yaxşı şərtləri əldə etmək
Müştəri sifarişlərinin vaxtında və problemsiz icrasını təmin etmək
Riskləri qabaqcadan görmək və operativ qərarlar vermək
Bazar qiymətlərini izləmək və daha sərfəli həllər tapmaq
Komanda ilə birlikdə işləyərək prosesləri daha effektiv hala gətirmək
Hesabatlar hazırlamaq və nəticələri analiz etmək
Biz səndən nə gözləyirik?
Logistika və ya əməliyyat sahəsində minimum 1 il təcrübə
Analitik düşünmə və problem həll etmə bacarığı
ERP və Microsoft Office proqramlarında işləmə bacarığı
Azərbaycan və rus dillərini sərbəst bilmək (ingilis dili üstünlükdür)
Məsuliyyətli, çevik və komandada işləməyi sevən olmaq
Biz nə təklif edirik?
Əmək haqqı: Fix + Bonus (razılaşma yolu ilə)
Ofis: 28 May, Bakı
İş qrafiki: Qeyri-Normativ
Sürətli inkişaf və karyera imkanları
Dinamik və dəstəkçi komanda mühiti
Real layihələrdə iştirak və təsir yaratmaq imkanı
Necə müraciət etmək olar?
CV-ni “Logistika üzrə Əməliyyat Meneceri” mövzusu ilə qeyd olunan elektron poçt ünvanına göndər.
Əlaqə 010 265 94 65 (Rafael bəy)
Necə Müraciət Etmək Olar
Caspian Logistics and Customs Service MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#12529
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer