Lead Backend Developer (FinTech Integrations / IPS)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 may 2026
Son Tarix: 21 may 2026
Təsvir
Daxili bank sistemləri və xarici IPS API-ları arasında inteqrasiya şlüzünün 24/7 rejimində fasiləsiz işləməsinin təmin edilməsi;
Mesaj növbələrinin idarə olunması və ödəniş bildirişlərinin çatdırılmasına nəzarət edilməsi;
Vəsaitlərin dərhal köçürülməsi üçün IPS-in sürət reqlamentlərinə uyğun olaraq gecikmələrin (latency) minimuma endirilməsi;
Tənzimləyici və IPS spesifikasiyalarındakı dəyişikliklərin (ISO 20022 və s.) izlənilməsi və sistemlərə operativ tətbiqi;
Yeni ödəniş növlərini (Request to Pay, geri qaytarılmalar, abunəliklər) dəstəkləmək üçün biznes məntiqlərinin və cədvəl strukturlarının təkmilləşdirilməsi;
Gələn və gedən mesajların aktual XSD/JSON sxemlərinə uyğunluğunun təmin edilməsi;
Ödəniş tranzaksiyalarının emalı üçün saxlanılan prosedurların (stored procedures), paketlərin və triqqerlərin layihələndirilməsi;
Müxtəlif IPS statusları zamanı (success, reject, timeout) məlumatların konsistentliyinin qorunması;
Hesabatlılıq və mübahisəli halların araşdırılması (Dispute Management) üçün ödənişlərin ətraflı loqlaşdırılması və arxivləşdirilməsinin təşkili;
Təhlükəsiz inteqrasiyaların təmin edilməsi (sertifikatlar, elektron imza, kriptoqrafiya);
IPS-in anti-fraud, AML və mühasibatlıq sistemləri ilə inteqrasiyası;
Daxili bank kanalları (Mobil Bankçılıq, İnternet Bankçılıq) üçün API-ların idarə edilməsi və sənədləşdirilməsi;
Tənzimləyicinin test mühitlərində (sandbox) mütəmadi sertifikasiya testlərinin keçirilməsi;
İnsidentlərin diaqnostikası: PL/SQL və JS təbəqələri arasındakı xətaların müəyyən edilməsi və aradan qaldırılması;
Dəyişikliklərin avtomatlaşdırılmış qaydada tətbiqi üçün CI/CD proseslərində iştirak.
Üstünlüklərimiz:
Peşəkar karyera və inkişaf imkanları;
Komanda daxilində güclü bilik mübadiləsi;
Rahat və müasir iş mühiti;
Tibbi Sığorta.
Tələblər
REST API üzrə yaxşı biliklər (HTTP metodları, status kodları, JSON);
Java üzrə biliklər;
Təhlükəsizlik üzrə əsas biliklər (authentication, authorization, tokenlərlə iş);
Payment / transfer sistemləri ilə iş təcrübəsi;
Messaging texnologiyaları: MQ / Kafka;
ISO 20022 üzrə biliklər (pacs.008, pain.013 və s.);
Tranzaksiyalar və məlumatların bütövlüyü prinsiplərinin anlaşılması;
Verilənlər bazaları ilə ekspert səviyyəsində iş təcrübəsi (MongoDB, Oracle və ya analoji);
PL/SQL və SQL üzrə biliklər;
Bank sahəsində və ya ödəniş sistemlərində minimum 3 il iş təcrübəsi;
IBM App Connect (ESQL) bilikləri arzuolunandır.
Necə Müraciət Etmək Olar
Unibank Kommersiya Bankı
Finance
Unibank Kommersiya Bankı Azərbaycanın aparıcı kommersiya banklarından biridir və müasir bankçılıq xidmətləri ilə fərdi və korporativ müştərilərə geniş maliyyə həlləri təqdim edir. Bank 2002-ci ildə MBank və PROMTEXBANK-ın birləşməsi nəticəsində yaradılıb və bu gün ölkənin ən innovativ maliyyə institutlarından biri kimi tanınır. Unibank kredit, depozit, kart məhsulları, biznes maliyyələşməsi və rəqəmsal bankçılıq xidmətləri üzrə fəaliyyət göstərir. Bank xüsusilə rəqəmsal transformasiya və innovativ yanaşmaları ilə seçilir. “Unibank Mobile” tətbiqi və “Leobank” kimi rəqəmsal məhsulları vasitəsilə müştərilərə sürətli və rahat bank xidmətləri təqdim edir. Unibank fəaliyyətində müştəriyönümlülük, texnoloji inkişaf və əlçatan maliyyə xidmətlərini əsas prioritet kimi müəyyənləşdirərək Azərbaycanın bank sektorunda lider mövqelərdən birini qoruyur.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#17391
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+