Layihələrin İdarəedilməsi üzrə departament direktoru
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 11 yanvar 2026
Son Tarix: 7 fevral 2026
Təsvir
Vəzifə Öhdəlikləri:
Tender və bir mənbə əsasında bağlanan müqavilələr üzrə texniki sənədlərin hazırlanması prosesinə rəhbərlik etmək, keyfiyyət və vaxtında icranı təmin etmək.
Bütün icra olunmuş işlər üzrə təhvil-təslim aktlarının düzgün tərtib edilməsinə nəzarət etmək və müvafiq arxiv sisteminin təşkilini təmin etmək.
Yol nişanları və xətləmə işlərinə dair cizgilərin hazırlanması və yenilənməsi proseslərini idarə etmək, texniki dəqiqliyə və standartlara riayət olunmasına nəzarət etmək.
Görülmüş işlərə dair aylıq və rüblük hesabatların hazırlanmasını təşkil etmək və onları şirkət rəhbərliyinə/sifarişçi qurumlara təqdim etmək.
Forma-2 sənədlərinin və yerləşmə planlarının beynəlxalq və yerli standartlara uyğun hazırlanmasını təmin etmək.
Sifarişçi qurumlarla keçirilən görüş və iclaslarda departamenti təmsil etmək, texniki məsələlərin operativ həllinə rəhbərlik etmək.
İcra olunmuş işlərin ödəniş mərhələlərinə nəzarət etmək, büdcə və maliyyə intizamının qorunmasını təmin etmək.
Departamentin struktur bölmələrinə rəhbərlik etmək, iş bölgüsünü effektiv təşkil etmək və işçi heyətinin peşəkar inkişafını dəstəkləmək.
Namizədə Tələblər:
Ali təhsil (İnşaat və ya mexanika mühəndisi sahəsində);
10 il iş təcrübəsi;
Asfalt, yol xətlənməsi, yol nişanları, informativ lövhələr, təhlükəsizlik sədləri və bənzər sahələrdə praktiki bilik və təcrübə olması üstünlükdür;
İngilis və rus dillərində şifahi və yazılı ünsiyyət bacarığı;
Kompüter bilikləri:
MS Office – əla səviyyədə
AutoCAD – əla səviyyədə
Primavera – arzuolunandır
İş şəraiti:
İş saatı: 09:00-17:00 (6 günlük);
İş yeri: Binəqədi şossesi, 1-ci Mədən küçəsi 22 B.
Ezamiyyələrdə iştirak etmək imkanı.
Biz nə təklif edirik:
Tibbi sığorta;
Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
Naharla təmin edilmə;
Nəqliyyatla təmin edilmə;
Müraciət üçün:
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Layihə idarəedilməsi üzrə departament direktoru” qeyd edərək göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
STP-BTECH
Vakansiya Təfərrüatları
Vakansiya ID
#4605
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə