Layihələrin idarə olunması üzrə kiçik mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 14 may 2026
Son Tarix: 13 iyun 2026
Təsvir
Əsas vəzifə öhdəlikləri:
Daxil olan müraciətlərin qeydiyyata alınması, koordinasiyası, sorğuların operativ şəkildə cavablandırılması və ya aidiyyatı şöbələrə yönləndirilməsi
Daxil olan müqavilələrin, aktların yoxlanılması, aidiyyatı şöbələrə təqdim olunması və prosesin nəzarətdə saxlanılması, həmçinin mühasibatlıq ilə koordinasiya quraraq ödəniş proseslərinin izlənilməsi
Görülmüş işlərlə bağlı aktların müəsisələrdən toplanılması və arxivləşdirilməsi
Anbardan tələb olunan məhsul və avadanlıqların çıxarılması üçün tələbnamələrin hazırlanması və aidiyyatı şöbələrə təqdim olunması.
Kuryer vasitəsilə sənədlərin regionlara və aidiyyatı ünvanlara göndərilməsinin təşkil olunması
Görülmüş işlərlə bağlı aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması
Rəhbərlik üçün məlumatların hazırlanması və aidiyyatı məsələlərin rəhbərliyə təqdim olunması
Vəzifə üzrə əsas tələblər:
Müvafiq sahədə iş təcrübəsinin olması;
Komanda daxilində effektiv ünsiyyət bacarığı
İşlərində intizamlı və məsuliyyətli olmaq.
Verilən tapşırıqların vaxtında və dəqiqliklə yerinə yetirmək.
Microsoft Office (Word, Outlook, Excel) proqramlarından istifadə bacarığının olması;
1C biliklərinin olması üstünlükdür
İş şəraiti
İşə qəbul Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq aparılır.
İş saatı: Bazar ertəsi – Cümə 09:00-dan - 18:00-dək.
Həftədə 2 gün istirahət günü.
Ünvan: Xətai rayonu, Ağ Şəhər 2-ci yaşıl ada küçəsi.
Əmək haqqı razılaşma yolu ilə
Maraqlanan namizədlər öz CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Enermus
Vakansiya Təfərrüatları
Vakansiya ID
#16146
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə