Ana Səhifə
Vakansiyalar

Layihəçi Elektrik Mühəndisi

Layihəçi Elektrik Mühəndisi

Other

Bakı

Tam Ştat

Orta Səviyyə

1.500 - 2.500 AZN

Yerləşdirilib 7 fevral 2026

Son Tarix: 6 mart 2026

Təsvir

Əsas vəzifə və öhdəliklər:

  • Müxtəlif təyinatlı bina və qurğuların elektrik quraşdırma işlərini layihələndirmək;

  • Elektrik enerjisi istehsal edən qurğuların, stansiyaların, paylayıcı hava və kabel xətlərinin sxemini layihələndirmək;

  • İstehsal, tikinti və quraşdırma standartları və spesifikasiyalarının tələblərinə uyğun layihələrin yaradılması.

  • Layihələndirmə tapşırıqlarının yerinə yetirilməsi üçün kompüter vasitəsilə mühəndis və layihələşdirmə proqram paketindən istifadə etmək;

  • Layihələndirmə üzrə layihə təşkilatlarına verilən tapşırıqların (sifarişlərin) hazırlanması və təqdim olunmasında iştirak etmək;

  • Obyektlərin layihələndirilməsi üçün ilkin məlumatları hazırlamaq, layihələndirmə üçün tapşırıqlar tərtib etmək və onları layihə təşkilatlarına göndərmək;

  • Layihə-smeta sənədləri üzrə, podratçı təşkilatlardan rəylərin alınmasını təmin etmək, ekspertiza və podratçının iradları üzrə onun axıra qədər işləməsinə nəzarət və təsdiq etmək;

  • Layihələrin təqvim üzrə planlamasını yerinə yetirmək;

  • Layihələrin müvafiq dövlət orqanları ilə razılaşdırlmasında iştirak etmək.

  • Proqramlaşdırma və avtomatlaşdırma – PLC, SCADA və digər idarəetmə sistemlərindən anlayış.

Tələblər

  • Təhsil - Ali təhsil (müvafiq sahədə);

  • Layihəçi elektrik vezifəsində iş təcrübəsi;

  • Kompüter bilikləri - MS ofice, Word, Excell, AutoCad

  • Dil bilikləri - Azərbaycan, Rus; (Rus dili önəmlidir)

  • Komandada işləmək bacarığı.

Digər şərtlər:

  • Əmək haqqı: 1500-2500 AZN (Namizədin bilik və bacarıqlarından asılı olaraq dəyişir);

  • İş qrafiki 5 günlük, 09.00-18.00;

  • Ünvan: Ələsgər Qayıbov küçəsi, 10Q / STN BİZNES MƏRKƏZİ

Müraciət forması:

Müraciət üçün uyğun namizədlərdən CV-lərini  “mövzu” hissəsində vakansiyanın adını (Layihəçi Elektrik Mühəndisi ) yazmaqla göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Necə Müraciət Etmək Olar

PROES

PROES

Other

PROES MMC mühəndislik və tikinti xidmətləri üzrə fəaliyyət göstərən şirkətdir və layihələrin uğurlu icrası üçün sifarişçi ilə icraçı arasında doğru kommunikasiya, keyfiyyət və təhlükəsizlik standartlarına ciddi riayət etmə prinsiplərini əsas tutur. Şirkət layihə planlaması, təhlükəsizlik qaydalarına uyğunluq, zamana və büdcəyə qənaət, dolğun sənədləşmə və müasir mühəndislik həlləri ilə müştərilərinə etibarlı və davamlı tərəfdaşlıq təmin edir. “Keyfiyyətin ən açıq sübutu, daimi müştərilərdir” prinsipini işində rəhbər tutur. PROES müxtəlif sahələrdə — offshore layihələrin icrası, servis və diaqnostika xidmətləri, layihələndirmə və dizayn işləri, sənaye və mülki obyektlərin tikintisi, mühəndis kommunikasiya sistemləri və təmir-bəzək işləri kimi kompleks xidmətlər təklif edir. Şirkət innovasiyaların tətbiqinə, komandalarının peşəkarlığına və insan həyatının təhlükəsizliyinə əsaslanan biznes mühiti yaratmağa fokuslanır.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#7769

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

201-500

Bu Şirkətdən Daha Çox Vakansiya

Anbardar (sahə)

Tam Ştat

Vəzifə öhdəlikləri Mal və materialların anbarda sistemli, ardıcıl və səliqəli şəkildə yerləşdirilməsini təmin etmək. Saxlanma rejimi, təhlükəsizlik və salamatlıq şərtlərinə, sənədləşdirmə və mədaxil-məxaric sənədlərinin təhvil qaydalarına riayət olunmasına nəzarət etmək. Sifarişlər əsasında malların düzgün bölgüsünü aparmaq, anbar stokunda yoxlama aparmaq və yalnız mövcudluq təsdiqləndikdən sonra 1C proqramı və ya elektron məktub vasitəsilə buraxılışını icra etmək. Sifariş edilən mal anbar stokunda yoxdursa, bu barədə dərhal təchizat şöbəsinə məlumat vermək. Anbara daxil olan mal-materialın elektron qaimə və ya hesab-faktura ilə uyğunluğunu yoxlamaq və sayımda iştirak etmək. Rəsmiləşdirmə və mədaxil-məxaric sənədlərinin təhvilinə nəzarət, müvafiq hesabatların hazırlanması. Anbarda yanğına qarşı ləvazimatların olması və işlək vəziyyətdə olması, avadanlıqların vəziyyətinə və vaxtında təmirinə nəzarət. Köhnəlmiş, zərər görmüş və yararsız malların müəyyən olunması və bu barədə rəhbərliyə hesabat təqdim edilməsi. Mal və materialların inventarizasiyasının planlaşdırılması, təşkili və icrasında iştirak. Əmtəə-maddi sərvətlərin inventarlaşma proseslərində aktiv iştirak etmək. Texniki biliklər: Anbarda təhlükəsizlik qaydaları və yanğından mühafizə normaları barədə məlumatlı olmalıdır. Anbarda avadanlıq və materialların saxlanma şərtləri və standartlarını bilməlidir. Azərbaycan Respublikası Mülki Hüquq, Əmək, Maliyyə və Təsərrüfat qanunvericiliyinin əsasları üzrə ümumi biliklərə malik olmalıdır. Qaimə-faktura, təhvil-təslim sənədləri və mədaxil-məxaric sənədləri üzrə məlumatlı olmalıdır. Anbar təsərrüfatının təşkili ilə bağlı əsasnamə, təlimat və digər normativ sənədləri oxuya və tətbiq edə bilməlidir. Mal-material qiymətlilərinin sistematika üzrə yerləşdirilməsi qaydalarını bilməli və tətbiq etməyi bacarmalıdır. Daxili əmək intizam qaydaları, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası üzrə normativ tələblərə ciddi riayət etməlidir.