Layihə Mühəndisi (ofis)
Tam Ştat
Orta Səviyyə
1.500 AZN-dən
Yerləşdirilib 11 yanvar 2026
Son Tarix: 19 yanvar 2026
Təsvir
Əsas vəzifə öhdəlikləri:
Havalandırma, isitmə və soyutma sistemləri işləri üzrə ilkin layihələrin hazırlanmasında iştirak etmək;
Sənaye təyinatlı və digər bina və obyektlərdə havalandırma, isitmə və soyutma sistemlərin quraşdırma işlərini layihələndirmək, təkmilləşdirmə işlərini aparmaq;
İstehsal, tikinti və quraşdırma standartları və spesifikasiyalarının tələblərinə uyğun layihələrin tərtibi üçün geniş texniki hesablamaları aparmaq;
Avadanlıqların seçilməsi, avadanlıqların (yük hesabatlarının) soyutma – isitmə güclərinin, hava miqdarının və diğər texniki parametrlərinin hesablanma işlərini aparmaq;
Tamamlanmış quraşdırma işlərinin layihəyə və avadanlığın texniki xarakteristikasına uyğunluğunun müşahidə prosesini həyata keçirmək;
Layihələşdirmə tapşırıqlarının yerinə yetirilməsi üçün kompüter vasitəsilə mühəndis və layihələşdirmə proqram paketindən istifadə etmək;
Layihələndirmə üzrə layihə təşkilatlarına verilən tapşırıqların (sifarişlərin) hazırlanması və təqdim olunmasında iştirak etmək;
Müxtəlif təyinatlı tikili və təmir işlərinin HVAC cizgilərin AutoCAD vasitəsi ilə çəkilməsi;
Obyektlərin layihələndirilməsi üçün ilkin məlumatları hazırlamaq, layihələndirmə üçün tapşırıqlar tərtib etmək və onları layihə təşkilatlarına göndərmək;
Layihə sənədləri üzrə, podratçı təşkilatlardan rəylərin alınmasını təmin etmək, ekspertiza və podratçının iradları üzrə onun axıra qədər işləməsinə nəzarət və təsdiq etmək;
İdarənin özünün tikintiləri üçün, podratçı təşkilatlarını layihə sənədləri ilə təmin etmək;
Təsdiq olunmuş layihə-smeta sənədlərinə uyğun, yerlərdə işlərin gedişatına mütəmadi nəzarət funksiyasını həyata keçirmək;
Faktiki işlərin gedişinə uyğun olaraq layihə-smeta sənədlərinə vaxtında düzəlişlər etmək və həmin düzəlişlər barədə aidiyyəti şöbələrə məlumat vermək;
Layihə üzrə qeyd edilmiş iş həcmlərinin yoxlanılması və düzgünlüyü haqqında lazımı sənədləri hazırlamaq;
Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan SniP, qaydalar, standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunması;
Layihələrin təqvim üzrə planlamasını yerinə yetirmək və layihə üçün vaxt planının müəyyən edilməsi;
Layihələri FNH ekspertiza idarəsinin tələblərinə uyğun hazırlamaq və ekspertiza idarəsinə təhvil verərək, layihəni müdafiə etmək;
Ümumi layihələrə aid sənədlərin ayıq (hər ayın əvvəli) tərtib edilməsi (Forma 2, Smeta və.s);
Layihələrin müvafiq dövlət orqanları ilə razılaşdırlmasında iştirak etmək.
Namizədə olan tələblər:
Müvafiq sahə üzrə Ali təhsil;
Tikinti (MEP) sahəsində ümumi olaraq 5 ildən yuxarı iş təcrübəsi;
Kompüter bilikləri:
AutoCAD əla bilməli;
MS Office və xüsusi proqram təminatlarında sərbəst işləmə bacarığı;
3D MAX, VRAY, REVİT arzu olunandır;
Dil bilikləri: Azərbaycan dilinin yüksək səviyyədə olması, ingilis dili intermediate və rus dili arzu olunandır;
Layihəyə nəzarət bacarığına malik olmalı;
Komandada işləmə bacarığına malik olmalı;
Diqqətli və dəqiq olmalı;
İşgüzar, səliqəli və məsuliyyətli olmalı.
Digər şərtlər:
Əmək haqqı: 1500-2500 (Namizədin bilik və bacarıqlarından asılı olaraq dəyişir);
İş qrafiki 5 günlük, 09.00-18.00;
Ünvan: Ələsgər Qayıbov küçəsi, 10Q / STN BİZNES MƏRKƏZİ
Müraciət forması:
Müraciət üçün uyğun namizədlərdən CV-lərini “mövzu” hissəsində vakansiyanın adını Layihə Mühəndisi (ofis) yazmaqla göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Veb Səhifəyə KeçPROES
Other
PROES MMC mühəndislik və tikinti xidmətləri üzrə fəaliyyət göstərən şirkətdir və layihələrin uğurlu icrası üçün sifarişçi ilə icraçı arasında doğru kommunikasiya, keyfiyyət və təhlükəsizlik standartlarına ciddi riayət etmə prinsiplərini əsas tutur. Şirkət layihə planlaması, təhlükəsizlik qaydalarına uyğunluq, zamana və büdcəyə qənaət, dolğun sənədləşmə və müasir mühəndislik həlləri ilə müştərilərinə etibarlı və davamlı tərəfdaşlıq təmin edir. “Keyfiyyətin ən açıq sübutu, daimi müştərilərdir” prinsipini işində rəhbər tutur. PROES müxtəlif sahələrdə — offshore layihələrin icrası, servis və diaqnostika xidmətləri, layihələndirmə və dizayn işləri, sənaye və mülki obyektlərin tikintisi, mühəndis kommunikasiya sistemləri və təmir-bəzək işləri kimi kompleks xidmətlər təklif edir. Şirkət innovasiyaların tətbiqinə, komandalarının peşəkarlığına və insan həyatının təhlükəsizliyinə əsaslanan biznes mühiti yaratmağa fokuslanır.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#4591
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
201-500