Layihə Koordinatoru (Mobil rabitə şəbəkələrində Drive Test layihələri)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 14 yanvar 2026
Son Tarix: 13 fevral 2026
Təsvir
İşin Təsviri:
2G/3G/4G/5G mobil rabitə şəbəkələrində xüsusi test alətləri vasitəsilə, verilən test metodologiyalarına uyğun olaraq tələb olunan radioşəbəkə testlərinin yerinə yetirlməsi, nəticələrin analiz edilməsi və reportlarının hazırlanması layihələrinin effektiv planlaşdırılması, icrası və müştəri ilə koordinasiyasını təmin etmək, test proseslərinin və hesabatlılığın vaxtında və keyfiyyətli şəkildə həyata keçirilməsinə nəzarət etmək.
Əsas vəzifə öhdəlikləri:
Müştərilərlə daimi əlaqədə olmaq, onların suallarını operativ cavablandırmaq və layihənin icra statusu barədə mütəmadi məlumat vermək
Müştərilərdən daxil olan tapşırıqların və şikayətlərin vaxtında və düzgün həll edilməsini təmin etmək
Drive test komandasını idarə etmək və müştəri tələblərinə uyğun olaraq iş bölgüsünü aparmaq
Drive testlərin icrasına nəzarət etmək və prosesin plan üzrə aparılmasını təmin etmək
Test nəticələri əsasında hesabatların vaxtında hazırlanmasını və müştəriyə təqdim edilməsini təşkil etmək
Testlər zamanı yaranan problemlər barədə operativ şəkildə rəhbərliyi və müştərini məlumatlandırmaq
Testlər və hesabatlarla bağlı trackerləri gündəlik yeniləmək və müvafiq tərəflərlə paylaşmaq
Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək
Namizədə Tələblər:
Hərbi xidmətin və Ali təhsilin tamamlanması (əsasən Telekommunikasiya, İnformasiya Texnologiyaları, Kompüter mühəndisliyi, Elektronika və s. oxşar ixtisasları bitirmiş gənclərə üstünlük veriləcək)
Mobil rabitə sahəsində (radioşəbəkə planlaşdırılması, drive test və ya oxşar sahələrdə) iş təcrübəsi
Layihələrdə iştirak və ya layihə idarəetməsi üzrə təcrübə
İngilis dili biliyi (işgüzar səviyyədə), rus dili biliyi arzuolunandır
Yüksək məsuliyyətlilik, təşkilatçılıq və ünsiyyət bacarıqları
Analitik düşüncə tərzi və problem həll etmə bacarığı
Özünü inkişaf etdirməyə və öyrənməyə motivasiyalı olmaq
Biz təklif edirik
Hibrid və evdən sərbəst işləmə imkanı
Dinamik və texniki yönümlü layihələrdə təcrübə qazanmaq fürsəti
Peşəkar komanda ilə əməkdaşlıq və geniş əlaqələr
Karyera və bilik inkişafı üçün imkanlar
Rəqabətqabiliyyətli əmək haqqı (namizədin bilik və təcrübəsinə uyğun)
CV-lərinizi “Layihə Koordinatoru” başlığı altında qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Qeyd: Mövzu başlığı olmayan CV-lər nəzərə alınmayacaq.
Xahiş olunur vakansiya üçün qeyd olunan tələblərə uyğun olan ciddi şəxslər müraciət etsinlər.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Azertest
Vakansiya Təfərrüatları
Vakansiya ID
#4783
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə