Kreditləşmə/Kredit təhlili - ZirvədəSən 2026 Təcrübə Proqramı
Bakı,, Azərbaycan
Təcrübə
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 1 iyun 2026
Təsvir
PAŞA Bank ZirvədəSən 2026 Təcrübə Proqramı nədir?
Bank sektorunda, xüsusilə maliyyə təhlili, kredit analizi, risklərin qiymətləndirilməsi, maliyyə modelləşdirilməsi və kredit portfelinin idarə edilməsi sahələrində praktiki təcrübə əldə etmək imkanı;
PAŞA Bank mütəxəssisləri tərəfindən keçiriləcək 3 aylıq strukturlaşdırılmış təlim sessiyaları;
Korporativ iş mühiti, şəbəkələşmə imkanları, peşəkar inkişaf, karyera istiqamətləndirilməsi və mentorluq;
Real biznes keysləri üzərində işləmək, maliyyə hesabatlarının analizi, borcalanların qiymətləndirilməsi və kredit qərarlarının hazırlanmasında iştirak;
Təcrübə proqramında yüksək nəticə göstərən iştirakçılar üçün sertifikatlar və “PAŞA Bank”ın namizəd bazasına daxil olma şansı.
Tələblər
Xarici dillər: Azərbaycan dili, İngilis Dili (Səlis)
Kompüter bilikləri: Microsoft Office Proqramları (Word, Excel, PowerPoint) üzrə biliklər, Tableau, Power BI, SQL (üstünlük verilir)
Başqa Tələblər:
Ali təhsil: Sonuncu kurs tələbələri, hazırki magistr tələbələri və həmçinin 2024-2025- ci illərin bakalavr məzunları;
Göstərici: Minimum 75% ÜOMG (üstünlükdür);
Soft bacarıqlar: Yüksək kommunikasiya bacarığı, komanda işi, motivasiya, analitik bacarıqlar.
Yuxarıda qeyd olunan tələblərdən əlavə maliyyə və idarəetmə üzrə təhsil mütləqdir.
Necə Müraciət Etmək Olar
PASHA Bank
Finance
PASHA Bank Azərbaycanda fəaliyyət göstərən aparıcı korporativ banklardan biridir və əsasən biznes bankçılığı, investisiya həlləri və korporativ maliyyələşmə sahəsində ixtisaslaşıb. Bank 2007-ci ildə yaradılıb və hazırda PASHA Holding tərkibində fəaliyyət göstərir. PASHA Bank iri korporativ müştərilər, kiçik və orta biznes subyektləri üçün kredit, xəzinədarlıq, ticarət maliyyəsi və digər maliyyə xidmətləri təqdim edir. Bank fəaliyyətində innovasiya, etibarlılıq və müştəriyönümlü yanaşma prinsiplərini əsas tutur. PASHA Bank rəqəmsal bankçılıq həllərinin inkişafına, beynəlxalq maliyyə standartlarının tətbiqinə və ölkədə biznes mühitinin inkişafına xüsusi önəm verir. Bank həmçinin Azərbaycanın maliyyə sektorunda iri layihələrin maliyyələşdirilməsində və sahibkarlığın dəstəklənməsində aktiv rol oynayır.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#18226
İş Növü
Təcrübə
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+