Ana Səhifə
Vakansiyalar
Satış və Biznesin İnkişafı
Satış üzrə mütəxəssis

Kredit Satışı üzrə Mütəxəssis (Quba/Şabran filialı)

Kredit Satışı üzrə Mütəxəssis (Quba/Şabran filialı)

Tam Ştat

Menecer

Razılaşma yolu ilə

Yerləşdirilib 19 may 2026

Son Tarix: 1 iyun 2026

Təsvir

FINCA Azerbaijan” Qeyri-Bank Kredit təşkilatı Şabran/Quba filialı üçün "Kredit Satışı üzrə Mütəxəssis" vəzifəsinə işçi axtarışı elan edir.

Əsas vəzifə öhdəlikləri hansılardır?

  • Təyin olunmuş ərazi üzrə müştərilərin biznes və təsərrüfatlarına səfər edərək potensial müştərilərlə görüşmək.

  • Müştəri ehtiyaclarını anlayaraq təşkilatın mövcud kredit məhsullarını, habelə bu məhsulların şərtlərini izah etmək.

  • Marketinq və təqdimat məqsədilə, həmçinin yeni satış imkanları əldə etmək üçün posterlər, broşuralar, flayer kimi materialları hədəf müştəri qruplarına yaymaq.

  • Kredit təhlili və anderraytinqi üçün Mərkəzləşdirilmiş Kredit Satış qrupuna bütün zəruri sənədləri təqdim etmək.

  • Müştəri cəlbi, planlaşdırılan fəaliyyətlərə dair Ərazi Menecerinə müntəzəm hesabat təqdim etmək.

Tələblər

  • Ali təhsil və ya Kollec təhsili

  • Birbaşa müştəri cəlbində iştirak etməklə, Banklarda və ya Bank olmayan kredit təşkilatları / Lizinq şirkətilərində Mikro və biznes kreditlərinin verilməsində minimum 1 il iş təcrübəsi.

  • Güclü dinləmə, təqdimat, ünsiyyət və vaxt idarəetmə bacarıqları.

  • Məhsul və xidmətlərin satış texnikalarına bələd olmaq.

  • Müştəri ehtiyaclarını anlamaq, müxtəlif profildə olan müştərilərlə məhsuldar ünsiyyət qura bilmək və idarə etmək bacarığı.

  • Microsoft Ofis proqramlarından istifadə edə bilmək bacarığı.

  • Azərbaycan dilində səlis danışmaq.

Xüsusi tələblər:

Avtomobil və sürücülük vəsiqəsinin olması mütləqdir.

Necə Müraciət Etmək Olar

FINCA Azerbaijan

FINCA Azerbaijan

Finance

FINCA Azerbaijan Azərbaycanda fəaliyyət göstərən beynəlxalq mikromaliyyə təşkilatıdır və əsasən kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi istiqamətində xidmət göstərir. FINCA şəbəkəsi dünya üzrə bir çox ölkədə fəaliyyət göstərir və Azərbaycanda fərdi sahibkarlar, mikro bizneslər və regionlarda fəaliyyət göstərən müştərilər üçün kredit və maliyyə həlləri təqdim edir. Şirkət fəaliyyətində maliyyə əlçatanlığı, sosial məsuliyyət və müştəriyönümlü yanaşma prinsiplərini əsas tutur. FINCA Azerbaijan kredit məhsulları ilə yanaşı rəqəmsal maliyyə xidmətlərinin inkişafına da diqqət yetirir və sahibkarların bizneslərini inkişaf etdirmələrinə, iqtisadi aktivliyin və maliyyə inklüzivliyinin artırılmasına töhfə verməyi hədəfləyir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#16934

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Menecer

Şirkət Ölçüsü

51-200

Bu Şirkətdən Daha Çox Vakansiya

Senior System Administrator

Tam Ştat

Position Summary FINCA Azerbaijan is seeking an experienced Senior System Administrator to lead the administration and continuous improvement of the organization's enterprise server, storage, virtualization, and cloud infrastructure. The role ensures the reliability, security, and performance of mission-critical systems across Windows and Linux environments, and supports modern infrastructure technologies including hybrid cloud, container platforms, and enterprise backup. The Senior System Administrator also plays a key role in maintaining enterprise infrastructure standards, ensuring security compliance, implementing disaster recovery strategies, and mentoring junior administrators. Key Responsibilities: Administer enterprise server, storage, and virtualization platforms, including VMware vSphere, Microsoft Hyper-V, and SAN/NAS systems. Manage hybrid cloud environments across private cloud, AWS, and Microsoft Azure. Administer identity and collaboration platforms, including Active Directory, Microsoft Entra ID, Microsoft 365, and Intune. Design, implement, and maintain enterprise backup and disaster recovery solutions using Veeam Backup & Replication. Support security, compliance, and monitoring activities, including infrastructure hardening, privileged access management, and audit support. Provide platform-level support for business applications, in coordination with the MIS Unit. Lead incident response, root cause analysis, and infrastructure change management activities. Mentor junior administrators and contribute to infrastructure modernization initiatives.

Problemli kreditlər üzrə Sahə Yığım İşçisi ( Cəlilabad-Masallı)

Tam Ştat

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Cənub regionu (Cəlilabad-Masallı) üzrə Problemli Kreditlərin üzrə Sahə Yığım İşçisi vəzifəsinə işçi axtarışı elan edir. Rol haqqında: Mərkəzləşdirlimiş Yığım Şöbəsinin Menecerinin və Ərazi Menecerinin nəzarəti altında icraatda olan müştərilərə verilmiş kreditlərə görə ödənilməyən və gecikdirilən borcların məhkəməyə qədər, məhkəmə və məhkəmədən sonrakı dövrdə geri alınmasından, borclar üzrə geri yığım prosesinin təşkil və təmin edilməsindən, eləcə də geri yığım prosesində kredit borcunu ödəməkdən imtina edən müştərilərlə və məhkəmə qərarlarının icra edilməsi üçün icra orqanları ilə işin aparılmasından ibarətdir. Vəzifənin əsas öhdəlikləri hansılardır? Gündəlik olaraq portfeldə olan müştəriləri yoxlayır, təşkilatın maraqlarını və prioritetlərini nəzərə alaraq onların borclarının ödənilməsi üçün iş planı hazırlayır. Müştərilərin borc gecikmələrinin səbəblərini araşdırır və xüsusi maliyyə proqramında müvafiq qeydləri aparır. Kredit borclarının ödənilməsi istiqamətində məhkəməyə qədər və məhkəmədən sonrakı mərhələlərdə işləri davam etdirir. Problemlər aşkarlandıqda Xətti Menecerə məlumat verir. Borclu müştərilərin və zaminlərin yaşayış və iş yerlərinə (biznes ünvanlarına) səfərlər edir, onlarla birbaşa görüşərək borc öhdəliklərini izah edir. Bu işi həm məhkəmə öncəsi, həm də məhkəmə sonrası dövrdə davam etdirir. Müştərilərin ödəmə qabiliyyətinə uyğun olaraq kreditin restrukturizasiyası üçün təkliflər hazırlayır və bu prosesdə sənədləşmənin həyata keçirilməsi üçün aidiyyatı üzrə məlumat verir. Həftəlik və aylıq təşkil edilən komitələrdə iştirak edir, borcların yığılması ilə bağlı müzakirələrdə aktiv rol oynayır, təkliflər verir və razılaşdırılmış tədbirləri yerinə yetirir. Əgər borcun geri ödənilməsi mümkün olmazsa, məsələni Xətti Rəhbər və ya Ərazi Meneceri ilə müzakirə edir. Həftəlik, aylıq və digər hesabatları vaxtında hazırlayır və rəhbərliyə təqdim edir. Borcların yığılması, müştərilərin vəziyyəti və məhkəmə icraatı barədə Ərazi Menecerə və Xətti Rəhbərə müntəzəm məlumat verir.