Kredit İdarəsinin Kredit portfelinin keyfiyyətinə nəzarət şöbəsinin mütəxəsssisi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 may 2026
Son Tarix: 25 may 2026
Təsvir
Kredit portfelinin vəziyyətini və dinamikasını müntəzəm olaraq təhlil etmək;
Borcalanların vaxtı keçmiş borcu yarandıqda, bu borcun ödənilməsi, vaxtı keçmiş borcların sağlamlaşdırılması istiqamətində Bankın daxili normativ aktlarında müəyyən olunan tədbirlərin filiallar tərəfindən tam və vaxtında görülməsinə, aparılan təqib işinin səmərəliliyinə nəzarət etmək;
Problemli Kreditlərlə İş İdarəsinə təhvil verilməsi nəzərdə tutulan Kredit Dosyeləri üzrə müvafiq Rəy verilməsi
Problemli Kreditlərlə İş İdarəsinə təhvil verilməsi nəzərdə tutulan Kredit Dosyeləri üzrə nəzarət etmək və müştərilərlə əlaqə saxlamaq
Rəhbərliyin şöbənin fəaliyyət istiqamətlərinə aid olan sahələr üzrə verdiyi tapşırıqları yerinə yetirmək.
Tələblər
Maliyyə, menecment, iqtisadiyyat və ya hüquq istiqaməti üzrə magistr təhsilin olması;
Bankda Kredit sahəsində minimum 3 il iş təcrübəsi;
(Müəyyən hallarda (namizədin təhsili, biliyi və s. nəzərə alınmaqla) iş təcrübəsinə dair tələb edilən müddət azaldıla bilər)
Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
İşdə dəqiqlik, analitik düşüncə və detallara fikirvermə qabiliyyəti;
İşgüzar ünsiyyətin və danışıqlar aparılmasının üsul və metodları bilməli;
Yüksək qavrama və öyrənmə qabiliyyəti olmalı;
Komandada işləməyi bacarmalı;
Məsuliyyətli, düzgün və etibarlı olmalı;
Ünsiyyətcil və təşəbbüskar olmalı;
MS Ofis proqramları və kompüter avadanlıqları ilə işləmə bacarığına malik olmalı;
Mərkəzi Bankın Kredit sahəsi üzrə normativ aktları, Bankın Kredit sahəsi üzrə qaydalarını, normativ aktlarını bilməlidir.
Stressə davamlılıq;
Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün).
Necə Müraciət Etmək Olar
Xalq Bank
Finance
Xalq Bank Azərbaycanda fəaliyyət göstərən aparıcı kommersiya banklarından biridir və həm fərdi, həm də korporativ müştərilər üçün geniş maliyyə xidmətləri təqdim edir. Bank 2004-cü ildə fəaliyyətə başlayıb və qısa müddətdə ölkənin bank sektorunda etibarlı maliyyə institutlarından birinə çevrilib. Xalq Bank kredit, depozit, ödəniş kartları, pul köçürmələri və biznes maliyyələşməsi kimi müxtəlif bank məhsulları ilə xidmət göstərir. Bank fəaliyyətində müştəri məmnuniyyəti, innovativ bankçılıq həlləri və etibarlılıq prinsiplərini əsas tutur. Xalq Bank rəqəmsal xidmətlərin inkişafına xüsusi önəm verir və internet/mobil bankçılıq platformaları vasitəsilə istifadəçilərə sürətli və rahat maliyyə əməliyyatları imkanı yaradır. Bank eyni zamanda ölkə iqtisadiyyatının müxtəlif sahələrinin maliyyələşdirilməsində və sahibkarlığın dəstəklənməsində aktiv iştirak edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#17445
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
501-1000