KOS bankçılığı departamentinin Məsafədən satış qrupunun Virtual müştəri meneceri
Tam Ştat
Menecer
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 21 iyun 2026
Təsvir
Kiçik və Orta Sahibkarlıq Seqmentinə aid potensial müştərilər ilə telefon vasitəsilə əlaqə yaradaraq, onların banka müştəri kimi cəlb edilməsini təmin etmək üçün bütün məhsul və xidmətlər haqqında məlumatın verilməsi və satışlarını təmin edilməsi;
Müştəri ilə danışıq zamanı zəngin qeydiyyatının CRM platforması üzərindən aparılması;
Satış məqsədi ilə məhsulların monitorinqi, müştərilərin əlaqə nömrələrinin axtarışı, müştərilərə internet banking və mobil tətbiqdə məhsul ilə bağlı sorğunu amamlamağa dəstəyin verilməsi , müştərilərə sorğunun nəticəsi ilə bağlı zənglərin edilməsi;
Bank daxili CRM platforması üzərindən daxil olan potensial müştəri bazasına, təqdim olunmuş siyahılara və alternativ kanallar vasitəsi ilə daxil olan müraciətlərə əsasən potensial müştərilər ilə əlaqə saxlayıb satış məqsədi ilə məlumat təqdim etmək;
Məsafədən satış zamanı prosesdə yaranan problemlərinin aradan qaldırılması üzrə müraciətləri təhlil etmək və müştəriyə lazımi dəstəyin göstərilməsi üçün sorğunun KOS müştərilərə dəstək komandasına yönləndirilməsi;
Satış zamanı fiziki görüş tələb edən məqamlar yarandıqda müraciətlərin təhlil edilməsi və rəhbərin razılığı ilə fiziki görüşün keçirilməsi;
Bankın daxili prosedur və qaydalarını, strategiyasını, kredit siyasətini öyrənmək və onlara müvafiq fəaliyyət göstərmək;
Bazarda icma təşkilatlarına və fəaliyyətlərinə qatılmaq, markanın təşviqinə, satışına və şirkətin imicinin yüksəldilməsinə xidmət edilməsi. Rəqib bankların təklif etdiyi məhsul/xidmətlərin şərtlərini anlamaq və bank imkanlarını müəyyənləşdirmək üçün xarici bazarı izləmək;
Mümkün şübhəli əməliyyatların və hadisələrin müəyyənləşdirilməsi və təhlil edilməsi və müvafiq strukturlara eskalasiya edilməsi.
Tələblər
Təhsil səviyyəsi və istiqaməti - Ali təhsil (İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili arzuolunandır);
İş təcrübəsi (il və/və ya sahə olaraq) - müvafiq sahə üzrə minimum 0-1 il;
Texniki səriştələr - Məhsul üzrə biliklər: Bankın məhsul və xidmətləri barədə məlumatlılıq;
Yumşaq səriştələr - Güclü ünsiyyət bacarığı, müştərilərlə danışma qabiliyyəti, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı;
Dil bilikləri - Azərbaycan dili (səlis), İngilis dili (səlis), Rus dili (səlis);
Kompüter bilikləri - Microsoft Office (Excel, Word).
Necə Müraciət Etmək Olar
PASHA Bank
Finance
PASHA Bank Azərbaycanda fəaliyyət göstərən aparıcı korporativ banklardan biridir və əsasən biznes bankçılığı, investisiya həlləri və korporativ maliyyələşmə sahəsində ixtisaslaşıb. Bank 2007-ci ildə yaradılıb və hazırda PASHA Holding tərkibində fəaliyyət göstərir. PASHA Bank iri korporativ müştərilər, kiçik və orta biznes subyektləri üçün kredit, xəzinədarlıq, ticarət maliyyəsi və digər maliyyə xidmətləri təqdim edir. Bank fəaliyyətində innovasiya, etibarlılıq və müştəriyönümlü yanaşma prinsiplərini əsas tutur. PASHA Bank rəqəmsal bankçılıq həllərinin inkişafına, beynəlxalq maliyyə standartlarının tətbiqinə və ölkədə biznes mühitinin inkişafına xüsusi önəm verir. Bank həmçinin Azərbaycanın maliyyə sektorunda iri layihələrin maliyyələşdirilməsində və sahibkarlığın dəstəklənməsində aktiv rol oynayır.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#18223
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer
Şirkət Ölçüsü
1000+