Korporativ satışlara dəstək üzrə baş mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 27 may 2026
Son Tarix: 20 iyun 2026
Təsvir
Görəcəyiniz işlər:
MXS-də qeyri-kredit məhsullarının satışı və xidmətin həyata keçirilməsi ilə bağlı yaranan gündəlik problemləri, çatışmazlıqları müəyyən etmək, onların yaranma səbəblərini araşdırmaq və aradan qaldırılması üçün zəruri tədbirlər görmək;
MXS əməkdaşlarına qeyri-kredit məhsulları ilə bağlı tətbiq edilən işgüzar dövriyyə adətləri, həmçinin müvafiq qanunvericilik və bankdaxili normativ sənədlər üzrə zəruri metodik yardım göstərmək;
Məsafədən göstərilən bank xidmətləri üzrə həm müştərilərə, həm də MXS-lərin müvafiq əməkdaşlarına dəstək göstərmək;
Korporativ müştərilərə göstərilən xidmətlərin optimallaşdırılması və avtomatlaşdırılması ilə bağlı təkliflər vermək və onların icrasında iştirak etmək;
Şöbənin fəaliyyəti ilə bağlı bankdaxili normativ sənədlərin hazırlanması və ya onlarda dəyişiliklər edilməsi üzrə rəy və təkliflər vermək;
Korporativ məhsul və xidmətlər üzrə təqdimatların hazırlanması.
Bizim üçün uyğun namizəd:
Ali təhsilli (Riyazi və iqtisadi sahədə təhsil üstünlükdür);
Yüksək səviyyədə MS Office proqramlarında işləmək bacarığı olan;
Bankda icra olunan əməliyyatlar və ən yaxşı təcrübənin tətbiqi sahəsi üzrə biliklərə malik olan;
Komandada işləmək bacarığı olan;
Korporativ müştərilərə xidmət üzrə 1-3 il təcrübəyə malik olan;
Təqdimat və ünsiyyət bacarığı olan;
Necə Müraciət Etmək Olar
ABB
Finance
ABB Bank (Azərbaycan Beynəlxalq Bankı) Azərbaycanın ən iri və aparıcı banklarından biridir. Bank 1992-ci ildə yaradılıb və ölkənin maliyyə sektorunda mühüm rol oynayır. ABB həm fərdi, həm də korporativ müştərilər üçün kredit, depozit, ödəniş kartları, biznes maliyyələşməsi, beynəlxalq köçürmələr və digər bank xidmətləri təqdim edir. Bank geniş filial və xidmət şəbəkəsi ilə ölkənin müxtəlif regionlarında fəaliyyət göstərir. ABB son illərdə rəqəmsal transformasiya istiqamətində böyük addımlar ataraq müasir bankçılıq həllərini inkişaf etdirib. “ABB mobile” tətbiqi vasitəsilə müştərilər onlayn ödənişlər, kart əməliyyatları, kredit sifarişi və digər maliyyə xidmətlərindən rahat şəkildə istifadə edə bilirlər. Bank innovasiya, təhlükəsizlik və müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyənləşdirərək Azərbaycanın bank sektorunda lider mövqeyini qorumağa davam edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#18479
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+