Korporativ satış təmsilçisi

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 26 may 2026

Son Tarix: 21 iyun 2026

Təsvir

Ofis mebeli sahəsi üzrə təcrübəli Korporativ satış təmsilçisi tələb olunur!

Əsas tələblər:

  • Korporativ satış sahəsində minimum 5 ildən çox iş təcrübəsi;

  • Hazır korporativ müştəri portfelinin olması;

  • Tenderlərdə iştirak və tender sənədləri ilə işləmə təcrübəsi;

  • B2B satış, danışıqlar və təqdimat bacarıqları;

  • Müştəri ehtiyaclarını düzgün analiz etmək və uyğun məhsul təklifi hazırlamaq bacarığı;

  • Ofis mebeli, interyer, tikinti, təchizat və ya əlaqəli sahələrdə təcrübə üstünlükdür;

  • Azərbaycan dilində səlis danışıq, rus və ingilis dili biliyi üstünlük hesab olunur;

  • MS Office proqramları ilə işləmə bacarığı.

Vəzifə öhdəlikləri:

  • Korporativ müştərilərlə əlaqələrin qurulması və inkişaf etdirilməsi;

  • Hazır müştəri portfeli üzərindən satış imkanlarının dəyərləndirilməsi;

  • Yeni şirkətlərin, dövlət və özəl qurumların müştəri bazasına cəlb edilməsi;

  • Ofis mebeli məhsullarının təqdimatı və satışının həyata keçirilməsi;

  • Kommersiya təkliflərinin hazırlanması;

  • Müştərilərlə qiymət, məhsul, çatdırılma və ödəniş şərtləri üzrə danışıqların aparılması;

  • Satış nəticələri üzrə hesabatların təqdim edilməsi.

Şirkət tərəfindən təklif olunur:

  • Rəsmi əmək müqaviləsi;

  • Sabit əmək haqqı və satış nəticələrinə əsasən bonus;

  • Korporativ müştərilərlə işləmək imkanı;

  • Peşəkar və nəticəyönümlü iş mühiti;

  • Satış göstəricilərinə uyğun gəlir artımı imkanı.

Uyğun namizədlər CV-lərini mövzu yerində “Korporativ satış təmsilçisi” qeyd etməklə qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Integro Group ofis mebelləri

Integro Group ofis mebelləri

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#17992

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə