Korporativ Satış Şöbəsinin Rəhbəri

Bakı,, AVA, Businnes, Center

Tam Ştat

Orta Səviyyə

5.000 AZN-dən

Yerləşdirilib 24 fevral 2026

Son Tarix: 5 aprel 2026

Təsvir

Namizədə dair tələblər:

  • Dil bilikləri: Səlis Azərbaycan dili, əlavə bir xarici dil (İngilis və ya Rus)

  • İş təcrübəsi: Satışlarda ümumi 10 illik iş təcrübəsi, minimum 3 il rəhbər vəzifədə

  • Ali təhsil (biznes idarəçiliyi, marketinq, iqtisadiyyat və ya əlaqədar sahə üzrə)

  • Liderlik qabiliyyəti

  • İqtisadiyyat və bazar göstəricilərini təhlil etmək bacarığı

  • Danışıqlar aparmaq, qərar vermək və problemləri həll etmək bacarığı

  • Yüksək səviyyədə təqdimat, yazılı və şifahi ünsiyyət bacarığı

  • MS Office proqramları ilə sərbəst işləmək bacarığı

  • Məsuliyyətli, analitik düşüncəli, dəyişiliklərə meyilli islahatçı, böyük nəticələrə yönəlmiş şəxs olmalıdır.

Vəzifə öhdəlikləri:

  • Korporativ satış strategiyasını hazırlamaq, həyata keçirmək və planın icrasına nəzarət etmək;

  • Satış komandasının idarə edilməsi, motivasiyası və performansının qiymətləndirilməsi;

  • Mövcud müştərilərlə uzunmüddətli əməkdaşlığın qorunması və yeni korporativ müştərilərin cəlb edilməsi;

  • Bazarın, rəqiblərin və müştəri tələblərinin mütəmadi təhlili;

  • Satış büdcəsinin formalaşdırılması və icrasına nəzarət;

  • Müştərilərlə görüşlərin təşkili, təkliflərin hazırlanması və müqavilələrin bağlanmasına rəhbərlik;

  • Korporativ satış hədəflərinin icrasına dair aylıq və rüblük hesabatların hazırlanması;

  • Marketinq və məhsul şöbələri ilə koordinasiyada yeni satış fürsətlərinin müəyyənləşdirilməsi;

İş şəraiti

  • Əmək haqqı: 5000 AZN

  • Əmək məcəlləsinə uyğun sənədləşmə

  • İş qrafiki: 5 günlük iş rejimi

**Müraciət qaydası:**Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Korporativ Satış Şöbəsinin Rəhbəri" adını qeyd edərək office@aztech.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.

**Müraciət qaydası:**Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Korporativ Satış Şöbəsinin Rəhbəri" adını qeyd

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#9550

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə