Korporativ satış mütəxəssisi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 15 dekabr 2025
Son Tarix: 9 yanvar 2026
Təsvir
Namizədə olan tələblər:
Ali təhsil;
Korporativ satış sahəsində 2 illik iş təcrübəsi(Ehtiyat hissələrin və ya avtomobillərin satışı üzrə təcrübə üstünlükdür);
Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus və ingilis dilləri arzuolunandır;
Ofis proqramları (MS Word, Excel, PowerPoint, Outlook) ilə işləmək bacarığı;
Şəxsi avtomobilin olması üstünlükdür;
Korporativ satış sahəsinin nəzəri və praktiki biliklərin texnikalarını bilməli;
Müştəriyönümlü satış etmək bacarığı olmalı;
Liderlik keyfiyyətlərinə malik olmalı.
Vəzifə öhdəlikləri:
Bazar araşdırılmalarının aparılması, yeni imkanların müəyyən edilməsi və rəhbərliyə təkliflərin verilməsi;
Korporativ satış ilə bağlı bazar araşdırmalarının aparılması və ehtiyat hissələrin satışını həyata keçirilməsi;
Şirkətin satış həcminin artırılmasına dəstək olunması;
Potensial satış nöqtələri ola biləcək məntəqələrə ziyarət, ehtiyacların analiz edilməsi;
Müştəri şirkətlərdən rəqiblər və qiymətləri haqqında informasiyaların alınması;
Müşəri ilə görüşmələr və təqdimatların keçirilməsi;
Müştəri araşdırmalarından əldə olunan məlumatlar üzrə müştəri ziyarətlərinin planlanması;
Müştəri ziyarəti, təqdimatın edilməsi və təkliflərin verilməsi;
Ziyarət nəticələrinin izlənilməsi;
Sifarişlərin icra olunması;
Müştəridən sifarişlərin qəbul olunması və sifarişlər üzrə mütəxəssisə ötürülməsi;
Təklifin izlənilməsi və müştəri ilə razılaşdırılması;
Təklif əsasında müqavilənin hazırlanması və imzalatdırılması;
Maliyyə sənədlərinin müştəriyə göndərilməsi;
Müştəri ödəmələrinin izlənilməsi.
İş şərtlərimiz:
İş qrafiki: Tam iş günü (5 gün);
İş saatları: 08:30-17:30;
İş yeri: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz);
Servis xidməti (20 mst, Gənclik mst və Sumqayıt ş.);
Karyera inkişafı imkanları və mehriban kollektiv.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Korporativ satış mütəxəssisi” qeyd etməklə hr-cv@grandmotors.az ünvanına göndərmək
və ya https://careers.ram.az/?vacancy=2158&source=UC_HBS8ZI link vasitəsi ilə keçid edərək birbaşa vakansiyaya müraciət etmək xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Grand Motors Company
Vakansiya Təfərrüatları
Vakansiya ID
#3018
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə