Korporativ satış meneceri

Bakı

Tam Ştat

Menecer

700 - 900 AZN

Yerləşdirilib 3 mart 2026

Son Tarix: 11 aprel 2026

Təsvir

Azərbaycanda Mobil yağlarının rəsmi distribütoru olan “AMS” Group tərəfindən şirkətlərə satışı həyata keçirilməsi üçün korporativ satış meneceri axtarılır.

İş şəraiti:

Həftə içi 5 gün 09:00-dan 18:00-dək, şənbə günü 09:00-dan 15:00-dək iş qrafiki

Rəqabətə davamlı əmək haqqı və bonus sistemi

Peşəkar inkişaf və karyera yüksəlişi imkanı

Əmək haqqı: 700-900 + satışdan %

Korporativ nömrə ilə təmin olunacaq

CV-ləri hr@ams.az e-mailinə "Korporativ Satış Meneceri ” başlığı ilə göndərməyiniz xahiş olunur.

İş haqqında

Azərbaycan dilində səlist nitq (Rus və İngilis dilləri arzuolunandır)

CV-də və ya E-maildə universitetə giriş balı mütləq şəkildə qeyd olunmalıdır

Word, Excel və Outlook proqramları ilə işləmə bacarığı

Yüksək ünsiyyətqurma qabiliyyəti

Aktiv şəkildə yeni müştəri axtarmaq

Aktiv, çevik, təşəbbüskar, ünsiyyətcil, məsuliyyətli

İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti

CRM programını istifadə etmək və ya qısa bir zaman içərisində öyrənmək bacarığı

Şəxsi avtomobilin olması üstünlükdür.

Tələblər

Şirkət məhsullarının satışının təşkili

Sənaye tipli müəssisələrlə işləmək

Müştərilərə məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat verilməsi

Rəhbərliyə görülmüş işlər barədə hesabatların verilməsi

Şirkətin təqdim etdiyi bütün malların xüsusiyyətləri və qiymətləri haqqında tam informasiyaya sahib olmalı

Müştərilərlə sıx əlaqədə olmaq, onların ehtiyac və tələblərini analiz etmək.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#10171

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Menecer