Korporativ Satış İdarəsinin Korporativ biznes şöbəsinin Müştəri Təmsilçisi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 may 2026
Son Tarix: 15 iyun 2026
Təsvir
Korporativ görüşlər təşkil etmək və yeni korporativ müştərilərin cəlbi;
Bazar araşdırması etmək və potensial müştərilərə korporativ bank məhsulları üzrə satışı həyata keçirmək;
Mövcud müştəri portfelini idarə etmək, müştərilərin müraciət və istəkləri üzrə müvafiq əməliyyatları icra etmək;
Müştərilərin ehtiyaclarını müəyyən edərək, onları müvafiq bank xidmət və məhsullarına dair məlumatlandırmaq;
Müştəri müraciətlərinin aidiyyatı struktur bölmələr tərəfindən icrasını təmin etmək;
Cari və planlaşdırılmış əməkdaşlıqların effektivliyini təhlil etmək;
Görülmüş işlər üzrə hesabat vermək.
Tələblər
Maliyyə, menecment və ya iqtisadiyyat istiqaməti üzrə ali təhsilin olması;
Azərbaycan dili mükəmməl səviyyədə (rus və ingilis dili arzuolunandır);
Yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı;
Yüksək səviyyədə satış bacarığı;
Maliyyə hesabatlarının təhlil etmə bacarığı;
Tələb olunan sahə üzrə 2 illik iş təcrübəsi.
Necə Müraciət Etmək Olar
Xalq Bank
Finance
Xalq Bank Azərbaycanda fəaliyyət göstərən aparıcı kommersiya banklarından biridir və həm fərdi, həm də korporativ müştərilər üçün geniş maliyyə xidmətləri təqdim edir. Bank 2004-cü ildə fəaliyyətə başlayıb və qısa müddətdə ölkənin bank sektorunda etibarlı maliyyə institutlarından birinə çevrilib. Xalq Bank kredit, depozit, ödəniş kartları, pul köçürmələri və biznes maliyyələşməsi kimi müxtəlif bank məhsulları ilə xidmət göstərir. Bank fəaliyyətində müştəri məmnuniyyəti, innovativ bankçılıq həlləri və etibarlılıq prinsiplərini əsas tutur. Xalq Bank rəqəmsal xidmətlərin inkişafına xüsusi önəm verir və internet/mobil bankçılıq platformaları vasitəsilə istifadəçilərə sürətli və rahat maliyyə əməliyyatları imkanı yaradır. Bank eyni zamanda ölkə iqtisadiyyatının müxtəlif sahələrinin maliyyələşdirilməsində və sahibkarlığın dəstəklənməsində aktiv iştirak edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#17441
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
501-1000