Korporativ kreditlərin təhlili şöbəsinin mütəxəssisi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 27 may 2026
Son Tarix: 20 iyun 2026
Təsvir
Görəcəyiniz işlər:
Korporativ müştərilərin maliyyə hesabatlarının təhlil olunması;
Korporativ müştərilərin biznes fəaliyyətlərinin təhlil olunması;
Təhlil zamanı ortaya çıxan qeyri-müəyyənliklərin aradan qaldırılması üçün müştərilərlə görüşlərin keçirilməsi;
Korporativ müştərilərin kredit sifarişlərinin təhlil olunaraq Kredit Komitəsinə təqdim olunması.
Bizim üçün uyğun namizəd:
Ali təhsilli (Maliyyə, iqtisadi və mühasibatlıq sahələrində);
Maliyyə təhlili sahəsində fundamental biliklərə sahib olan;
CFA, FRM, ACCA üzrə ilkin biliklərə sahib olan;
Azərbaycan və ingilis dillərinin mükəmməl biliyi, rus dilinin biliyi üstünlükdür;
MS Office proqramlarından (xüsusilə MS Excel) sərbəst istifadə qabiliyyəti olan;
Analitik bacarıqlar, komandada işləmək, vaxtın idarəedilməsi və yüksək səviyyədə ünsiyyət bacarığı olan şəxsdir.
Necə Müraciət Etmək Olar
ABB
Finance
ABB Bank (Azərbaycan Beynəlxalq Bankı) Azərbaycanın ən iri və aparıcı banklarından biridir. Bank 1992-ci ildə yaradılıb və ölkənin maliyyə sektorunda mühüm rol oynayır. ABB həm fərdi, həm də korporativ müştərilər üçün kredit, depozit, ödəniş kartları, biznes maliyyələşməsi, beynəlxalq köçürmələr və digər bank xidmətləri təqdim edir. Bank geniş filial və xidmət şəbəkəsi ilə ölkənin müxtəlif regionlarında fəaliyyət göstərir. ABB son illərdə rəqəmsal transformasiya istiqamətində böyük addımlar ataraq müasir bankçılıq həllərini inkişaf etdirib. “ABB mobile” tətbiqi vasitəsilə müştərilər onlayn ödənişlər, kart əməliyyatları, kredit sifarişi və digər maliyyə xidmətlərindən rahat şəkildə istifadə edə bilirlər. Bank innovasiya, təhlükəsizlik və müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyənləşdirərək Azərbaycanın bank sektorunda lider mövqeyini qorumağa davam edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#18478
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+