Kopirayter (Mətn yazarı)

Bakı

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 18 aprel 2026

Son Tarix: 17 may 2026

Təsvir

İş şəraiti

  • İş yeri: Akkord Plaza

  • İş qrafiki: 5 günlük iş rejimi (həftəiçi 09:00–18:00)

İşin Təsviri:

  • Brendin kommunikasiya üslubunu qoruyaraq sosial media, mobil tətbiq və veb-sayt üçün mətnlər hazırlamaq. Eyni zamanda maarifləndirici və məlumat xarakterli mətnlərin yazılmasında iştirak etmək, istifadəçilərə parklanma qaydaları və xidmətlər barədə məlumatların düzgün və anlaşılan şəkildə çatdırılmasını təmin etmək.

Əsas Vəzifə Öhdəlikləri:

  • Video kontent üzrə təqdim olunan ideyalar əsasında ssenarilərin hazırlanması.

  • Sosial media hesabları, bannerlər və veb-sayt üçün mətnlərin hazırlanması.

  • Hazırlanmış mətnlərin leksik və qrammatik baxımdan redaktə edilməsi.

  • Standart (şablon) mesajların hazırlanması.

  • Push bildirişlər üçün mətnlərin hazırlanması.

Namizədə Tələblər:

  • Ali təhsil.

  • Müvafiq sahədə iş təcrübəsi.

  • Azərbaycan dilini sərbəst, rus və ya ingilis dillərindən ən azı birini mükəmməl səviyyədə bilmək.

  • Kontent idarəetmə alətləri ilə işləmək bacarığı.

  • İstifadəçi yönümlü düşüncə tərzi.

  • Yaradıcı ideyalar formalaşdırmaq və bu ideyaları aydın, sistemli və oxunaqlı mətnə çevirmək bacarığı.

Biz nə təklif edirik:

  • Rəqabətədavamlı əmək haqqı sistemi

  • Korporativ mədəniyyətə sahib iş mühiti

  • Push30 proqramından yararlanmaq imkanı

Qeyd olunan tələblərə cavab verən namizədlər qeyd olunan elektron poçt ünvanına “Kopirayter” başlığı altında CV - nümunələrini göndərməklə müraciət edə bilərlər.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#14234

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə