Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 26 may 2026

Son Tarix: 12 iyun 2026

Təsvir

Təbiət dostu və aktiv həyat tərzini təbliğ edən layihədə yer almaq istəyirsinizsə qeyd olunan vakansıyanı diqqətlə oxumanızı xahiş edirik.

İş barədə məlumat:

  • Velosiped üzrə ərazi kollektorlarının (operatorların) işinin düzgün təşkili və koordinasiyası

  • Operator komandası üçün günlük tapşırıqların bölüşdürülməsi və icrasına nəzarət

  • Velosipedlərin şəhər dayanacaqlarında düzgün sayda yerləşdirilməsinin təşkili və gün ərzində nəzarətdə saxlanılması

  • Velosipedlərin gündəlik texniki baxışının təmin olunması və texniki nasazlıqların vaxtında yönləndirilməsi

  • Günlük əməliyyat proseslərinin izlənilməsi və hesabatların hazırlanması

  • Müştəri məmnuniyyətinin təmin olunması üçün xidmət keyfiyyətinə nəzarət

  • Yeni iş proseslərinin hazırlanması və mövcud proseslərin təkmilləşdirilməsi

  • Komanda intizamının və iş keyfiyyətinin qorunmasına nəzarət

Tələblər

  • Təşkilatçılıq və idarəetmə bacarıqları

  • Analitik düşüncə və problem həll etmə bacarığı

  • Operativ qərarvermə və dinamik iş mühitində çalışma bacarığı

  • Yüksək səviyyədə şəxsi məsuliyyət və komanda ilə işləmə bacarığı

  • İş yükünü effektiv idarə etmə bacarığı

  • MS Excel və kompüter bilikləri üstünlükdür

  • Azərbaycan dilində sərbəst ünsiyyət bacarığı, rus dili biliyi üstünlükdür

  • Logistika, əməliyyat və ya koordinasiya sahəsində təcrübə üstünlükdür

  • Şəhəri yaxşı tanımaq üstünlükdür

İş şəraiti

  • İş vaxtı: Gecə növbəsi, növbəli  iş rejimi – 2 gün iş, 2 gün istirahət, 21.00-09.00

  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən müəyyən ediləcək

Əgər bilik və bacarıqlarınıza güvənir və həmçinin  innovativ startapda yer almaq istəyirsinizsə CV-nizi mail-in mövzu hissəsinə “Koordinator” yazaraq qeyd olunan elektron poçt ünvanına göndərmənizi xahiş edirik CV-siz müraciətlərə baxılmayacaq

Necə Müraciət Etmək Olar

Apar (Bike-Sharing Startup)

Apar (Bike-Sharing Startup)

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#17570

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya