"Kontakt Home" Təcrübə proqramı
Bakı,, Azərbaycan
Təcrübə
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 5 may 2026
Son Tarix: 7 iyun 2026
Təsvir
Ölkənin ən qabaqcıl pərakəndə satış şəbəkələrinin birində təcrübə qazanmaq istəyirsən və haradan başlamalı olduğunu bilmirsən? Elə isə "Kontakt"ın "Təcrübə Proqramı"na müraciət et.
Motivasiyalı, əla ünsiyyət qabiliyyətli, 4-cü kurs və magistr tələbələrini, 2025-2026-ci illərin məzunlarını, təcrübə proqramına qatılmağa dəvət edirik! Təcrübə proqramının bütün seçim mərhələlərindən uğurla keçmiş namizədlər AR əmək qanunvericiliyinə əsasən sənədləşdiriləcək və orientasiya proqramına cəlb olunacaqlar. Proqrama seçilən təcrübəçilər "Kontakt"ın müxtləlif strukturlarında sağlam və pozitiv korporativ mühitdə, qarşılıqlı etibar, güclü və zəngin iş təcrübəsi qazanacaq. Təcrübə müddətində xüsusilə fərqlənən şəxslər gələcəkdə açılacaq vakansiyalar üçün potensial namizəd kimi dəyərləndirilə bilərlər. Təcrübə proqramı ödənişli əsaslarda iki ay müddətində davam edəcəkdir.
Komanda üzvlərimiz arasından mükəmməlliyi və parlaqlığı seçərək kayera yüksəlişini təmin etməyimiz daim qürurlandığımız cəhətimizdir. Böyük komandamıza qoşulmaq istəyənlər üçün bu bir fürsətdir!
Təcrübə proqramı hansı sahələri əhatə edir?
İnsan Resursları (İşə qəbul / Əmək münasibətləri);
İnformasiya və Kommunikasiya texnologiyaları (Texniki dəstək / İT infrastruktur / Proqramlaşdırma / İT BA);
Layihə ofisi (Süni İntellekt);
Hissəvi ödəniş əməliyyatları (Arxiv);
Maliyyə;
Elektron kommersiya;
Kommersiya;
Korporativ və topdan satış.
Təcrübə proqramı sizə nə qazandıracaq?
Real iş mühiti ilə tanışlıq;
Təhsil müddətində öyrəndiklərinizi tətbiq etmə imkanı;
Öz sahəsində peşakar şəxslərin təcrübələri ilə tanış olmaq imkanı;
Təcrübə proqramında iştiraka dair Sertifikat.
Tələblər
4-cü kurs tələbələri;
Magistr tələbələri;
2025-2026-ci illərin məzunları.
Necə Müraciət Etmək Olar
Kontakt Home
Retail
Kontakt Home texnologiya və pərakəndə ticarət sahəsində aparıcı mövqeyə malik ABC-Telecom şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir. Şirkət müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyən edir, büdcə və ehtiyaclara uyğun düzgün məhsul seçimi ilə keyfiyyətli xidmət təqdim edir. Rəqəmsal və məişət texnikası, mebel və tekstil üzrə 30 000-dən çox məhsulu, 40-dan artıq beynəlxalq brendin rəsmi və eksklüziv distribütorluğunu özündə birləşdirərək “sevindirən” alış təcrübəsi yaradır. Kontakt Home 2006-cı ildə kiçik bir mağaza kimi fəaliyyətə başlayır və illər ərzində sürətli inkişaf edərək ölkənin ən böyük pərakəndə satış şəbəkələrindən birinə çevrilir. Hazırda Azərbaycan üzrə 38, Gürcüstanda isə 3 mağaza və onlayn platformalar vasitəsilə fəaliyyət göstərir. Sərfəli kampaniyalar, hissəli alış imkanları, 3 ilədək rəsmi zəmanət, əvəzləyici məhsul və sosial məsuliyyət layihələri ilə müştərilərinə davamlı dəyər yaratmağı hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#15851
İş Növü
Təcrübə
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+