Ana Səhifə
Vakansiyalar

Komplayns şöbəsinin Mütəxəssisi

Komplayns şöbəsinin Mütəxəssisi

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 19 may 2026

Son Tarix: 30 iyun 2026

Təsvir

  • Bankın fəaliyyətinin qanunvericilik, Mərkəzi Bankın normativ tələbləri və bankdaxili qaydalara uyğunluğunun monitorinqində iştirak etmək;

  • Bank əməliyyatları, məhsul və xidmətlər üzrə komplayens risklərinin müəyyən edilməsi və qiymətləndirilməsi prosesində iştirak etmək;

  • Müştəri müraciətləri, şikayətlər və sorğular üzrə cavabların qanunvericilik və daxili prosedurlara uyğunluğunu monitorinq etmək;

  • Maliyyə bazarlarına nəzarət orqanlarından daxil olan məktub, sorğu və tələblərin icra statusunun izlənilməsində iştirak etmək;

  • Bankdaxili normativ sənədlərin, prosedur və qaydaların qanunvericilik və komplayens tələblərinə uyğunluğunun yoxlanılmasında iştirak etmək;

  • Yeni və dəyişdirilmiş qanunvericilik tələblərinin bankdaxili proseslərə tətbiq olunmasını izləmək;

  • Bank əməliyyatları üzrə uyğunsuzluqların, prosedur pozuntularının və komplayens risklərinin müəyyən edilməsinə dəstək göstərmək;

  • Komplayens monitorinq nəticələri üzrə məlumatların toplanması, təhlili və hesabatların hazırlanmasında iştirak etmək;

  • Komplayens risklərinin azaldılması üzrə təkliflərin hazırlanmasında iştirak etmək.

Tələblər

  • Ali təhsil — hüquq, maliyyə, iqtisadiyyat, bank işi və ya idarəetmə sahəsi üzrə;

  • Bank sektorunda, komplayens, daxili nəzarət, risklərin idarə edilməsi, audit və ya əməliyyat sahəsində iş təcrübəsi arzuolunandır;

  • Bank məhsulları və əməliyyatları üzrə ümumi biliklər;

  • Qanunvericilik və normativ sənədlərlə işləmə bacarığı;

  • Analitik düşünmə, məlumatları təhlil etmə və nəticə çıxarma bacarığı;

  • Rəsmi yazışma və hesabat hazırlama bacarığı;

  • Azərbaycan dili mükəmməl, rus və ingilis dili bilikləri üstünlükdür;

  • MS Office proqramları ilə işləmə bacarığı.

Necə Müraciət Etmək Olar

Unibank Kommersiya Bankı

Unibank Kommersiya Bankı

Finance

Unibank Kommersiya Bankı Azərbaycanın aparıcı kommersiya banklarından biridir və müasir bankçılıq xidmətləri ilə fərdi və korporativ müştərilərə geniş maliyyə həlləri təqdim edir. Bank 2002-ci ildə MBank və PROMTEXBANK-ın birləşməsi nəticəsində yaradılıb və bu gün ölkənin ən innovativ maliyyə institutlarından biri kimi tanınır. Unibank kredit, depozit, kart məhsulları, biznes maliyyələşməsi və rəqəmsal bankçılıq xidmətləri üzrə fəaliyyət göstərir. Bank xüsusilə rəqəmsal transformasiya və innovativ yanaşmaları ilə seçilir. “Unibank Mobile” tətbiqi və “Leobank” kimi rəqəmsal məhsulları vasitəsilə müştərilərə sürətli və rahat bank xidmətləri təqdim edir. Unibank fəaliyyətində müştəriyönümlülük, texnoloji inkişaf və əlçatan maliyyə xidmətlərini əsas prioritet kimi müəyyənləşdirərək Azərbaycanın bank sektorunda lider mövqelərdən birini qoruyur.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#17387

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya