Köməkçi (Diş kabineti)
Bakı
Tam Ştat
Orta Səviyyə
300 - 500 AZN
Yerləşdirilib 19 may 2026
Son Tarix: 20 iyun 2026
Təsvir
Stomatoloji kabineti təmiz və səliqəli tutmaq, kabineti xəstə qəbuluna hazırlamaq, stomatoloji xidmət zamanı həkimə yardım etmək, qəbul bitdikdən sonra kabineti növbəti xəstənin qəbuluna hazırlamaq, alətlərin təmizlənməsini və sterilizasiyasını (avtoklav olunmasını) həyata keçirmək, gözləmə otağının təmizliyinə və səliqəli olmasına nəzarət etmək.Iş vaxtı həftənin 6 günü 10.00 dan 18.00 dək.Klinika Beşmərtəbə, Ç. Mustafayev və Zərgərpalan küçələrinin kəsişməsində, Azərbaycan Dram Teatrının və Nizami metrosunun yaxınlığında yerləşir.
Tələblər
İş təcrübəsi : 1 ildən 3 ilə qədər
Yaş : -
Təmiz, səliqəli olmaq, xəstələrlə münasibətdə mehriban və məsafəli davranmaq, xəstələr tərəfindən sorulan soruları həkimin icazə verdiyi şəkildə cavablandırmaq və ya olduğu kimi həkimə çatdırmaq, klinikada mədəni və disiplinə uyğun davranmaq. CV-nizi e-mail adresinə və ya WhatsApp nömrəsinə göndərin. CV informativ olmalı, şəxsi, təhsil və iş məlumatlarını əks etdirməlidir. CV lər dəyərləndirildikdən sonra uyğun namizədlərlə əlaqə saxlanılıb müsahibəyə dəvət ediləcək.
Necə Müraciət Etmək Olar
"AVC dent" stomatoloji klinika
Vakansiya Təfərrüatları
Vakansiya ID
#16703
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə