Kiçik auditor
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 27 may 2026
Son Tarix: 25 iyun 2026
Təsvir
Cəlb olunduğu yoxlamalar üzrə məsul olduğu sahələrin audit proqramına uyğun yoxlanılmasında iştirak edilməsi;
Audit olunan proseslər üzrə daxili nəzarət mexanizmlərinin qiymətləndirilməsi;
Müəyyən edilən boşluq və çatışmazlıqların rəsmiləşdirilməsi;
Audit zamanı qanunvericilik, daxili qayda və prosedurların icra səviyyəsinin qiymətləndirilməsi;
Audit sübutlarının toplanılması, təhlil edilməsi və işçi sənədlərin hazırlanması;
Qrup rəhbərinin audit proqramına uyğun göstərişlərinin yerinə yetirilməsi;
Müşahidə Şurası, Audit Komitəsi və İdarə Heyəti tərəfindən təsdiq edilmiş qərarların icra səviyyəsinin qiymətləndirilməsində iştirak edilməsi;
Audit tövsiyələrinin icra vəziyyətinin izlənilməsində iştirak edilməsi;
Daxili audit departamentinin direktoru tərəfindən verilmiş digər tapşırıqların icra edilməsi.
Tələblər
Poçt haqqında qanun və Mərkəzi Bankın normativ aktları üzrə məlumatlı olmaq;
Beynəlxalq audit standartları üzrə üsullar və təşkilat fəaliyyəti haqqında biliklər;
Müstəqilliyini və obyektivliyini qorumaq bacarığı;
Problemlərin həlli və audit nəticələri üzrə razılığın əldə olunması bacarığı;
Ali iqtisadi/hüquqi təhsil;
Əla səviyyədə MS Office proqramları bilikləri;
Daxili audit, risk əsaslı yanaşma və daxili nəzarət mexanizmləri barədə ilkin biliklər;
Analitik düşüncə qabiliyyəti və detallara diqqətcil olmaq;
Komanda şəklində işləmək bacarığı;
Öyrənməyə açıq, məsuliyyətli və nəticəyönümlü olmaq.
Necə Müraciət Etmək Olar
Azərpoçt MMC
Other
Azərpoçt MMC Azərbaycanın dövlətə məxsus milli poçt operatorudur və respublika ərazisində geniş xidmət şəbəkəsi vasitəsilə bütün təbəqə və hüquqi şəxslərə münasib qiymətlərlə ənənəvi və müasir poçt, e-ticarət, logistika və maliyyə xidmətləri təqdim edir. Şirkət poçt göndərişləri, bağlamalar, sürətli məktub xidmətləri, pulköçürmələri və digər poçt-maliyyə əməliyyatlarını həyata keçirərək müştəri məmnuniyyətini əsas prioritet hesab edir. Azərbaycanın yeganə milli poçt xidməti operatoru kimi Azərpoçt 35 regional poçt filialı və bütün ölkə üzrə poçt şöbələri ilə xidmət göstərir və Beynəlxalq Poçt İttifaqının üzvüdür. Şirkət həmçinin ənənəvi poçt xidmətlərini rəqəmsal transformasiya ilə birləşdirərək mobil tətbiqlər, karqo xidməti, “Postamat” öz-özünə xidmət poçt qutuları və beynəlxalq ödəniş sistemləri ilə inteqrasiya olunmuş maliyyə xidmətləri də təklif edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#18531
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
501-1000