Kibertəhlükəsizlik vasitələrinin idarə edilməsi bölməsinin rəhbəri
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 5 may 2026
Son Tarix: 4 iyun 2026
Təsvir
“Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prossesinq mərkəzidir. Hal-hazırda aktiv olan vakansiya: Kibertəhlükəsizlik vasitələrinin idarə edilməsi bölməsinin rəhbəri
Vəzifəyə olan tələblər:
Ali təhsil;
Müvafiq sahədə minimum 5 il, idarəçilik sahəsində isə ən azı 1 il iş təcrübəsi;
Müasir hücum metodlar, alətlər və texnologiyalar, informasiya təhlükəsizliyinə cari təhdidlər və informasiyanın mühafizəsi vasitələri haqqında anlayışlar;
Ən azı 5 kateqoriya informasiya mühafizə vasitələrinin istismar tərcrübəsi (AV/EDR, ATM security, MDM/MAM, NGFW, IPS/IDS, WAF, Anti-DDOS, DAG, DAM, FIM, DLP, e-mail/web security gateway, PIM/PAM, UEBA, HSM);
Administrator səviyyəsində Windows və Linux bilikləri;
Kommutasiya və marşrutizasiya şəbəkə prinsiplərindən anlayışın olması;
Məlumat baza sistemləri barədə əsas biliklərin olması (Oracle, Postgres, MS SQL);
Kommunikasiya bacarıqlarının yüksək səviyyədə olması, komanda işinin koordinasiya edilməsi bacarığının olması.
Vəzifə öhdəlikləri:
İnformasiya təhlükəsizliyi sistemlərinin inzibatçılığı üzrə mühəndislərə tapşırıqların verilməsi və görülən işlərin nəticələrinin monitorinq edilməsi;
İnformasiya təhlükəsizliyi sistemlərinin inzibatçılığı üzrə mühəndislərə təlimlərin keçirilməsi;
İnformasiya təhlükəsizliyi sistemlərinin inzibatçılığı çərçivəsində proseslərin effektivliyinə nəzarət edilməsi və proseslərə təkmilləşdirmələrin aparılması;
“SOC” xidmətlərinin metodiki, proses yönümlü və texniki bazaların işlənməsində və dəstəklənməsində iştirak edilməsi;
İnformasiya təhlükəsizliyi insidentlərinə cavab vermə prosesi çərçivəsində digər şöbə əməkdaşları ilə qarşılıqlı işlərin görülməsi;
Analitik işlərin aparılması, hesabatların hazırlanması;
Texniki təhlükəsizlik qaydalarına riayət edilməsi.
Namizədlər qeyd olunan linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Qeyd: Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.
Necə Müraciət Etmək Olar
Azericard
Finance
AzeriCard (Azərikard MMC) — Azərbaycanın bank sektorunda ödəniş kartları üzrə xidmətlər göstərən ilk və ən böyük prosessinq mərkəzlərindən biridir. Şirkət 1996-cı ildən fəaliyyət göstərir və bank kartları ilə aparılan əməliyyatların emalı, idarə edilməsi və təhlükəsiz şəkildə həyata keçirilməsi üzrə ixtisaslaşıb. “Azərikard” MMC eyni zamanda Visa, MasterCard, American Express, Diners Club, UnionPay və JCB kimi beynəlxalq ödəniş sistemləri tərəfindən sertifikatlaşdırılmış prosessinq mərkəzi kimi tanınır və həm Azərbaycanda, həm də ölkə xaricində bir sıra banklara prosessinq xidmətləri göstərir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#15718
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
201-500