Kibertəhlükəsizlik üzrə analitik
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 14 yanvar 2026
Son Tarix: 13 fevral 2026
Təsvir
SOC Analitiki olaraq siz təhlükəsizlik insidentlərinin araşdırılması, təhlili və cavablandırılmasına cavabdeh olacaqsınız. Aşkarlama imkanlarını təkmilləşdirmək və təhlükəsizlik mövqeyimizi gücləndirmək üçün SOC komandası və digər texniki qruplarla sıx əməkdaşlıq edəcəksiniz.
Əsas Vəzifə Öhdəlikləri:
SIEM, EDR, IDS/IPS, firewall və digər təhlükəsizlik alətləri tərəfindən yaradılan bildirişlərin təhlili
Zərərli proqramlar, fişinq, fidyə proqramları, daxili təhdidlər və APT fəaliyyətləri daxil olmaqla təhlükəsizlik insidentlərinin araşdırılması
Kök səbəb analizi aparmaq, təsir dairəsini və nəticələri müəyyənləşdirmək, aradan qaldırma addımlarını təyin etmək
Insidentlərə cavab prosesində iştirak etmək və təhlükənin aradan qaldırılması üçün tövsiyələr vermək
Aşkarlama qaydalarının, istifadə ssenarilərinin və playbook-ların hazırlanması və təkmilləşdirilməsi
Threat hunting və proaktiv təhlükəsizlik monitorinqinin aparılması
Insidentlər, tapıntılar və tövsiyələr üzrə ətraflı hesabatların hazırlanması
İzolyasiya və bərpa mərhələlərində İT və digər komandalarla koordinasiya
Tələblər
SOC və ya oxşar rolda minimum 2 il iş təcrübəsi
Şəbəkə, əməliyyat sistemləri və informasiya təhlükəsizliyi anlayışları üzrə güclü biliklər
SIEM, EDR, SOAR və threat intelligence platformaları ilə praktiki təcrübə
MITRE ATT&CK, insidentlərə cavab dövrü və log analizi üzrə biliklər
Scripting bacarıqları (Python, PowerShell, Bash) üstünlükdür
CEH, GCIH, GCED, GCIA və ya Security+ kimi sertifikatlar arzuolunandır
Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Global Management
Vakansiya Təfərrüatları
Vakansiya ID
#4798
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə