Kiber hücumların simulyasiyası üzrə baş mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 27 may 2026
Son Tarix: 17 iyun 2026
Təsvir
Görəcəyiniz işlər :
Proqram, sistem və şəbəkənin yoxlanılması
Proqram kodunun təhlükəsizliyinin analizini həyata keçirmək;
Tapılmış uyğunsuzluqlar və tövsiyyələr barədə hesabatların verilməsi;
Tapılmış boşluqları sənədləşdirmək, onlar üzrə təhlükəsizlik hesabatları hazırlamaq;
Boşluqların aradan qaldırılması tədbirlərini həyata keçirmək üçün İT və İnformasiya Təhlükəsizliyi heyəti ilə daim əlaqə saxlamaq;
Boşluqların idarə edilməsi (Vulnerability Management) prosesində iştirak etmək;
Mütəmadi olaraq yeni hücum vektorlarının araşdırılmasını aparmaq və onları sınaqdan keçirmək.
Bizim üçün uyğun namizəd:
Kibertəhlükəsizlik üzrə beş ildən artıq real iş təcrübəsi;
Web, Mobile və DevSecOps texnologiyalarına dair biliklər;
OWASP Top-10 boşluqlar haqqında praktik təcrübə
Web və İnfrastruktur pentest üzrə biliklər
Əməliyyat sistemləri və şəbəkə üzrə biliklər;
Scripting bacarıqları (bash, powershell, python, nodejs və s.);
Yüksək analitik düşüncə, riyazi təhlil qabiliyyəti və problemləri həlletmə bacarığı;
Azərbaycan və İngilis dilində yazma, danışma və təqdimat bacarıqları.
Hesabatlarının hazırlanması ilə bağlı təcrübə;
Komandada işləmək bacarığı olan şəxsdir.
Necə Müraciət Etmək Olar
ABB
Finance
ABB Bank (Azərbaycan Beynəlxalq Bankı) Azərbaycanın ən iri və aparıcı banklarından biridir. Bank 1992-ci ildə yaradılıb və ölkənin maliyyə sektorunda mühüm rol oynayır. ABB həm fərdi, həm də korporativ müştərilər üçün kredit, depozit, ödəniş kartları, biznes maliyyələşməsi, beynəlxalq köçürmələr və digər bank xidmətləri təqdim edir. Bank geniş filial və xidmət şəbəkəsi ilə ölkənin müxtəlif regionlarında fəaliyyət göstərir. ABB son illərdə rəqəmsal transformasiya istiqamətində böyük addımlar ataraq müasir bankçılıq həllərini inkişaf etdirib. “ABB mobile” tətbiqi vasitəsilə müştərilər onlayn ödənişlər, kart əməliyyatları, kredit sifarişi və digər maliyyə xidmətlərindən rahat şəkildə istifadə edə bilirlər. Bank innovasiya, təhlükəsizlik və müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyənləşdirərək Azərbaycanın bank sektorunda lider mövqeyini qorumağa davam edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#18476
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+