Kəsmə - Tənzimləmə operatoru (MHB- istehsalat sahəsi üzrə)
Tam Ştat
Orta Səviyyə
700 AZN-dən
Yerləşdirilib 15 yanvar 2026
Son Tarix: 15 fevral 2026
Təsvir
İş yeri: Qaradağ ray, Səngəçal qəs, Salyan şossei 47-ci km.
Əmək haqqı təcrübədən asılı olaraq 700-750 AZN
Nahar və Servis şirkət tərəfindən təmin olunur.
Sumqayıt şəhəri, İnşaatçılar və İçərişəhər metrosundan servis ilə iş yerinə çatdırılma
İş rejimi – Növbəli, 1-ci növbə 08:00 – 20:00; 2-ci növbə 20:00-08:00 kimi; 2 gün ev
İşin qısa təsviri:
Tökmə prosesindən sonra verilmiş istehsal tapşırığına əsasən MHB bloklarının kəsilməsi üçün ölçülərin yığılması və kəsmə prosesinin aparılması;
Uzununa, eninə və hündürlük kəsmə avadanlıqların işinə nəzarət olunması;
Geridönüş quyuların iş rejiminə nəzarət;
Kəsmə prosesindən keçmiş hazır keyklərin avtoklav seksiyasına daşıyıcı arabalar vasitəsilə nəql edilməsi;
Keykin standartlara uyğun kəsilməsi üçün avadanlığa ölçülərin verilməsi, mütəmadi olaraq ölçülərin yoxlanması
Hazır keyklərin kəsilməsi zamanı yaranan şlamın qayıdan şlam silosuna nasos vasitəsi ilə nəql edilməsi
Vəzifəyə dair tələblər:
Ali və ya orta-ixtisas təhsili (Kimya, Fizika, İstehsalat sahəsi üzrə arzu olunandır);
Operator kimi və ya əlaqəli sahədə 1 il iş təcrübəsi;
20 – 40 yaş aralığında bəy namizədlərə üstünlük veriləcəkdir;
Microsoft Office orta səviyyədə bilməli;
Dürüst, çalışqan, yüksək səviyyədə məsuliyyətli olmalı;
İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
Maraqlanan şəxslər öz CV-lərini mövzu hissəsində “Operator” qeyd edərək qeyd olunan elektron ünvanına göndərməlidirlər
Necə Müraciət Etmək Olar
AAC MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#4937
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə