Kateqoriya üzrə menecer (Home&Décor)

Tam Ştat

Menecer

Razılaşma yolu ilə

Yerləşdirilib 20 fevral 2026

Son Tarix: 20 mart 2026

Təsvir

İş yeri: Bakı şəhəri

Vəzifə öhdəlikləri:

Kateqoriya idarəetməsi və məhsul portfeli

  • Kateqoriyası üzrə məhsul çeşidinin formalaşdırılması və inkişaf etdirilməsi;

  • Kateqoriyanın bütün alt-seqmentləri üzrə bazar araşdırmalarını aparmaq, trendləri analiz etmək və optimal çeşid strategiyasını formalaşdırmaq;

  • Mövsümi məhsullar (Yeni il, Novruz və s.) üçün illik planlama, proqnozlaşdırma və kampaniya təqviminin hazırlanması;

  • Təchizatçılarla ilkin əlaqələrin qurulması, müqavilələrin hazırlanması, qiymət və şərtlər üzrə danışıqların aparılması;

  • Kateqoriyanın qiymət siyasətinin formalaşdırılması, rəqabət analizləri əsasında qiymət strategiyasının yenilənməsi;

  • Stok idarəetməsi: tələb proqnozları, sifariş planlaması, mövsümi pik dövrlərə hazırlıq və Overstock/Stockout risklərinin qarşısının alınması;

  • Strateji təqdimatların və aylıq performans hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması.

  • Tam konteyner (FCL) yükləmələri ilə bağlı planlama və koordinasiya

  • Qablaşdırma, MOQ, spesifikasiya təsdiqləri, logistika və konteyner yüklənmələri üzrə təchizatçılarla koordinasiya

Tələblər

Təhsil və təcrübə:

  • Ali təhsil ( biznes, iqtisadiyyat, marketinq və ya əlaqəli sahələr )

  • Analitika, Home&Dekor kateqoriyaları idarəetməsi sahəsində təcrübə üstünlükdür

Bilik və bacarıqlar:

  • Excel-də yüksək səviyyədə işləmək bacarığı

  • Analitik düşüncə və detala diqqət

  • ERP və Power BI bilikləri üstünlükdür

  • Ünsiyyət, koordinasiya və komanda daxilində iş bacarıqları

  • İngilis dili (B2 səviyyəsindən aşağı olmayan)

  • Məsuliyyətli, dəqiq və nəticəyönümlü

  • İnkişaf etməyə açıq

  • Operativ və təşəbbüskar

Təminatlar:

  • Peşəkar inkişaf və təlim imkanları

  • Korporativ mühit və güclü komanda ilə çalışma imkanı

  • Karyera yüksəlişi

  • Rəqabətədavamlı əmək haqqı

  • Nahar ilə təmin edilmə;

  • KPI sisteminin tətbiqi;

  • Korporativ mobil nömrə.

Müraciət qaydaları:

CV-nizi göstərilən elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Kateqoriya üzrə menecer (Home&Decor)” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#9482

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Menecer

Bu Şirkətdən Daha Çox Vakansiya