Kateqoriya Meneceri
Bakı,, 25, plaza,, Şəmsi, Rəhimov
Tam Ştat
Menecer
Razılaşma yolu ilə
Yerləşdirilib 4 aprel 2026
Son Tarix: 2 may 2026
Təsvir
Kateqoriya Meneceri Axtarılır!
Qab-qacaq və tekstil kateqoriyaları üzrə fəaliyyətimizi daha da gücləndirmək və inkişaf etdirmək üçün komandamıza peşəkar əməkdaş axtarırıq.
Öhdəliklərin nələr olacaq?
Qab Qacaq və Tekstil məhsullarının satınalma prosesini vaxtında və şirkət prosedurlarına uyğun icra etmək;
Yerli və xarici bazarların təhlili, potensial təchizatçıların araşdırılması və seçimi;
Tələb olunan məhsullar üzrə bazar trendlərini və istehlakçı ehtiyaclarını təhlil etmək;
Təchizatçılarla effektiv danışıqlar aparmaq, müqavilə şərtlərini təhlil edib bağlamaq;
Məhsul kateqoriyalarını formalaşdırmaq, çeşidlərin planlaşdırılması və təkmilləşdirilməsi;
Satınalma və xərclərlə bağlı analitik hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
Təchizatçı bazasını qurmaq və onları qiymətləndirmək;
Brendin inkişafı ilə bağlı rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək.
Tələblər
Ali təhsil (iqtisadiyyat, marketinq və ya idarəetmə sahəsində üstünlükdür);
Qab qacaq, tekstil və ya retail sektorunda minimum 1-3 il təcrübə;
Azərbaycan və ingilis dillərində danışıq bacarığı (rus və türk dili üstünlükdür);
Trendləri izləməyi sevən, estetik və analitik düşüncəli biri;
Təchizatçı münasibətlərində peşəkar yanaşma və danışıqlar bacarığı;
MS Office proqramlarında (xüsusilə Excel) sərbəst işləmə qabiliyyəti;
Süni intellekt alətləri ilə işləmə və araşdırma aparma bacarığı
Komanda ruhu, nəticə yönümlü və təşəbbüskar yanaşma.
İş haqqında:
İş günləri: 5 günlük iş qrafiki
İş yeri: 25 plaza, Şəmsi Rəhimov küç
Əmək haqqı müsahibə əsasında təyin olunacaq
Özünü bu brendin bir parçası kimi görürsənsə, CV-ni və varsa, yaratdığın layihə və portfolionu bizimlə paylaş – göstərilən elektron poçt ünvanında səni gözləyirik!
Necə Müraciət Etmək Olar
Emsan
Vakansiya Təfərrüatları
Vakansiya ID
#12559
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer