Kassir (Lənkəran)
Lənkəran,, Lənkəran,, Azərbaycan
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 22 mart 2026
Son Tarix: 18 aprel 2026
Təsvir
Müştərilər tərəfindən ödənilən pul vəsaitlərinin, o cümlədən kredit ödənişlərinin qəbul edilməsi;
Ödənilən vəsaitləri yoxlayaraq, tələb olunan qaydada əməliyyatların həyata keçirilməsi;
Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədlərin tərtib edilməsi;
Kassadan keçən bütün pul vəsaitlərinin, sənədlərinin və qiymətlərinin izlənməsi, nəzarətdə saxlanması və hesabatının aparılması;
Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasının və səlahiyyətli nümayəndəyə təhvil verilməsinin təmin edilməsi;
Müştəri suallarının dinlənməsi, səlahiyyəti çərçivəsində cavablandırılması və yönləndirilməsi.
Tələblər
Ali təhsil;
Kassir vəzifəsində iş təcrübəsi arzu olunandır;
Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır;
Nağd pul ödənişləri aparmaq üçün bəsit riyazi biliklərə malik olmalı;
Müxtəlif növ kassa aparatları və onların iş mexanizmlərini bilməli;
Microsoft Office programları üzrə biliklərə malik olmalı;
İşdə dəqiq, məsuliyyətli və dürüst olmalıdır.
Necə Müraciət Etmək Olar
Kontakt Home
Retail
Kontakt Home texnologiya və pərakəndə ticarət sahəsində aparıcı mövqeyə malik ABC-Telecom şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir. Şirkət müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyən edir, büdcə və ehtiyaclara uyğun düzgün məhsul seçimi ilə keyfiyyətli xidmət təqdim edir. Rəqəmsal və məişət texnikası, mebel və tekstil üzrə 30 000-dən çox məhsulu, 40-dan artıq beynəlxalq brendin rəsmi və eksklüziv distribütorluğunu özündə birləşdirərək “sevindirən” alış təcrübəsi yaradır. Kontakt Home 2006-cı ildə kiçik bir mağaza kimi fəaliyyətə başlayır və illər ərzində sürətli inkişaf edərək ölkənin ən böyük pərakəndə satış şəbəkələrindən birinə çevrilir. Hazırda Azərbaycan üzrə 38, Gürcüstanda isə 3 mağaza və onlayn platformalar vasitəsilə fəaliyyət göstərir. Sərfəli kampaniyalar, hissəli alış imkanları, 3 ilədək rəsmi zəmanət, əvəzləyici məhsul və sosial məsuliyyət layihələri ilə müştərilərinə davamlı dəyər yaratmağı hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#11683
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+