Bakı

Tam Ştat

Orta Səviyyə

600 AZN-dən

Yerləşdirilib 19 yanvar 2026

Son Tarix: 25 fevral 2026

Təsvir

Əmək haqqı başlanqıc 600 azn, amma təcrübəyə görə arta bilər
İş günləri həftədə 6 gün, 1 gün istirahət
Əlaqə: İlahə Cabbarlı 010-236-61-89

İş haqqında

Son dərəcə dürüst, etibarlı, və dəqiq olmaq
Maliyyə intizamına və etik prinsiplərə ciddi əməl etmək
Sürətli düşünmə və stress altında soyuqqanlı qərar vermə bacarığı
Təzyiq altında emosional stabilliyini qorumaq
Komandada işləmək və departamentlərarası əlaqəni düzgün qurmaq bacarığı
Texniki avadanlıqlarla (POS-terminal, bank cihazları, printer və s.) işləmək təcrübəsi
1C, MS Excel kimi proqramlarda işləmək bacarığı (arzuolunandır)
Ünvan :Əhməd Rəcəbli 1/25
Çinar plazanın 1-ci mərtəbəsi
Yaş 30-45, Cins – xanım.

Tələblər

  1. Kassa əməliyyatlarının aparılması
    Müştərilərdən nağd və ya nağdsız (POS-terminal, bank köçürməsi, QR, onlayn ödənişlər və s.) ödənişlərin qəbulu və düzgün sənədləşdirilməsi
    Gündəlik əməliyyatların elektron kassa proqramında qeydiyyatı (e-kassa, 1C, Mikro, və s.)
    Kassa daxilolmaları və məxaric sənədlərinin tam və düzgün doldurulması
    İstifadə edilən pul vəsaitlərinin sayılması, düzgünlüyünün yoxlanılması və hesabatlarda əks etdirilməsi
    Çeklərin, qəbzlərin və hesabat sənədlərinin düzgün verilməsi və saxlanması

  2. Kassa sənədlərinin və gündəlik hesabatların aparılması
    Hər günün sonunda kassa hesabatlarının hazırlanması və mühasibatlığa təqdim olunması
    Kassa qalığı və real pul vəsaiti arasında fərqlərin olmamasına nəzarət
    Ödəniş terminallarının hesabatlarını çıxartmaq və sistemlərlə uzlaşdırmaq
    Kassa əməliyyatları üzrə daxili audit və yoxlamalara hazır olmaq və tələb olunan sənədləri təqdim etmək
    Məsuliyyət daşıdığı kassanın gündəlik pul balansının düzgün aparılması

  3. Müştəri xidməti və etik davranış
    Müştərilərlə nəzakətli, səbirli və diqqətli ünsiyyət qurmaq
    Mübahisəli hallarda sakit və peşəkar davranaraq vəziyyəti düzgün idarə etmək
    Müştəri ödənişi ilə bağlı yaranan hər hansı texniki problemi dərhal aidiyyəti şöbəyə yönləndirmək
    Etik qaydalara və müəssisənin daxili prosedurlarına riayət etmək

  4. Təhlükəsizlik və nəzarət funksiyaları
    Kassaya daxil olan pul vəsaitlərinin fiziki təhlükəsizliyini təmin etmək
    Saxta əskinasların tanınması üzrə ilkin biliklərə sahib olmaq və şübhəli halları rəhbərliyə bildirmək
    POS-terminal, kassa aparatı, kompüter və printerlərin texniki vəziyyətinə nəzarət
    Hər hansı nasazlıq zamanı texniki heyətə vaxtında məlumat vermək.

Necə Müraciət Etmək Olar

Baku Elektrik MMC

Baku Elektrik MMC

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#5282

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya