Kassa xidmətləri üzrə kiçik mütəxəssis (Xaçmaz filialı)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 may 2026
Son Tarix: 31 may 2026
Təsvir
Kassa əməliyyatlarının bankdaxili prosedur və qaydalara uyğun şəkildə həyata keçirilməsi;
Valyuta mübadilə əməliyyatlarının dəqiq və operativ icrasının təmin edilməsi;
Pul vəsaitlərinin nominalına, dövriyyəyə yararlılığına və yararsızlığına uyğun olaraq çeşidlənməsi;
Bankomatların fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə nağd vəsaitlərin hazırlanması və yüklənməsi;
Aparılmış əməliyyatların uçot sənədlərində düzgün qeydiyyatının aparılması və müvafiq sistemlərdə əks etdirilməsi;
Kassa əməliyyatları üzrə gündəlik və dövri hesabatların hazırlanması;
Müştərilərə yüksək səviyyədə xidmət göstərilməsi, mədaxil və məxaric sənədlərinin düzgün işlənməsi;
Fəaliyyətin vəzifə öhdəlikləri və səlahiyyətlər çərçivəsində, mövcud Əsasnamə, bankdaxili prosedur və qaydalar, eləcə də Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun şəkildə həyata keçirilməsi;
Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi.
Tələblər
Ali təhsil;
Azərbaycan dilində sərbəst ünsiyyət bacarığı (rus dili biliyi üstünlükdür);
MS Excel, MS Word və Outlook proqramları üzrə işləmək bacarığı;
Güclü ünsiyyət və təşəbbüskarlıq qabiliyyəti;
Analitik düşünmə və müştəriyönümlü yanaşma;
Yüksək səviyyədə riyazi hesablama bacarığı;
Dəqiqlik, məsuliyyətlilik və detallara diqqət yetirmək.
Necə Müraciət Etmək Olar
Unibank Kommersiya Bankı
Finance
Unibank Kommersiya Bankı Azərbaycanın aparıcı kommersiya banklarından biridir və müasir bankçılıq xidmətləri ilə fərdi və korporativ müştərilərə geniş maliyyə həlləri təqdim edir. Bank 2002-ci ildə MBank və PROMTEXBANK-ın birləşməsi nəticəsində yaradılıb və bu gün ölkənin ən innovativ maliyyə institutlarından biri kimi tanınır. Unibank kredit, depozit, kart məhsulları, biznes maliyyələşməsi və rəqəmsal bankçılıq xidmətləri üzrə fəaliyyət göstərir. Bank xüsusilə rəqəmsal transformasiya və innovativ yanaşmaları ilə seçilir. “Unibank Mobile” tətbiqi və “Leobank” kimi rəqəmsal məhsulları vasitəsilə müştərilərə sürətli və rahat bank xidmətləri təqdim edir. Unibank fəaliyyətində müştəriyönümlülük, texnoloji inkişaf və əlçatan maliyyə xidmətlərini əsas prioritet kimi müəyyənləşdirərək Azərbaycanın bank sektorunda lider mövqelərdən birini qoruyur.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#17384
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+