Ana Səhifə
Vakansiyalar

Kassa və POS terminal üzrə Kiçik mütəxəssis

Kassa və POS terminal üzrə Kiçik mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 19 fevral 2026

Son Tarix: 19 mart 2026

Təsvir

Namizədə dair tələblər:

  • Kompüter bilikləri: MS Office proqramları və digər kömpüter bilikləri əlavə üstünlük hesab olunur;

  • Dil bilikləri: Azərbaycan dili səlis, İngilis və Rus dili (arzuolunandır);

  • İş təcrübəsi: 6 aydan az olmayaraq iş stajı;

  • Problemləri həll etmə bacarığı;

  • Stresə davamlı, punktual, məsuliyyətli, işində çevik və dəqiq olması;

  • Komandada işləmək, öyrənmə bacarıqları;

  • Sürücülük vəsiqəsi olanlara üstünlük verilir.

Vəzifə öhdəlikləri:

  • POS terminallar, Nəzarət kassa aparatları (NKA) və digər avadanlıqların (fiscalbox və monoblok tipli kassalar) ilkin texniki baxış və test sazlanmasında iştirak etmək;

  • Obyektlər üzrə açılan ticketlərin icrasının düzgün və vaxtında  həyata keçirilməsi;

  • Müştərilərdən daxil olan texniki çağırışların qeydiyyatını aparmaq və lazımi texniki heyətə yönləndirmək;

  • Servislə bağlı ərazidə və ofisə yaxınlaşan müştərilərə dəstəyin göstərilməsi;

  • Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsini təmin etmək.

İş şəraiti

  • İş qrafiki: bazar ertəsi- cümə 09:00-18:00

  • İş yerinin ünvanı: Bakı, A. Quliyev küç., 1131, Babək Plaza

  • Əmək haqqı: (təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur)

Əlavə məlumat: Proqram təminatı, tiket proqramı, avadanlıqların təmiri barədə məlumatlar və s. namizədə öyrədiləcəkdir.

Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində  tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Kassa və POS terminal üzrə Kiçik mütəxəssis" adını qeyd edərək Müraciət etdüyməsində qeyd olunan elektron poçtünvanına göndərmələri xahiş olunur.

Qeyd: Müsahibə mərhələli şəkildə təşkil edilir.

Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Necə Müraciət Etmək Olar

NBA Technologies International LLC

NBA Technologies International LLC

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#9349

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə