Kart məhsulları və xidmətlərinin inkişafı şöbəsi üzrə aparıcı mütəxəssis
Tam Ştat
Yüksək Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 may 2026
Son Tarix: 17 iyun 2026
Təsvir
Yeni kart məhsulları və servisələrinin hazırlanması və istifadəyə verilməsi layihələrində iştirak;
Kart biznesinin inkişafı üzrə layihələrin müşayiəti;
Ödəniş sistemləri prosessinq mərkəzləri və daxili struktur bölmələri ilə qarşılıqlı əməkdaşlıq;
Kart məhsulları və servislərinin sazlanması, test edilməsi və düzgün işləməsinin yoxlanılması;
Kart əməliyyatlarının monitorinqi, səhvlərin aşkar olunması və aradan qaldırılması;
Hesabatların, analitik məlumatların və texniki sənədlərin hazırlanması;
Yeni funksionallıqların tətbiqi və mövcud proseslərin təkmilləşdirilməsində iştirak;
Məhsulların ödəniş sistemlərinin tələblərinə və daxili prosedurlara uyğunluğuna nəzarət;
Kart istiqaməti üzrə inteqrasiya və texniki layihələrdə iştirak.
Tələblər
Kart biznesi və ya kart məhsulları sahəsində minimum 2–3 il iş təcrübəsi;
Bank kartlarının, prosessinqin və ödəniş sistemlərinin iş prinsiplərini bilmək;
Beynəlxalq Ödəniş Sistemləri və prosessinq mərkəzləri ilə iş təcrübəsi;
Kart servislərinin test edilməsi və əməliyyatların analizi üzrə təcrübə;
Hesabatların hazırlanması və böyük həcmli məlumatlarla işləmək bacarığı;
Excel proqramını yaxşı səviyyədə bilmək;
Analitik düşüncə, diqqətlilik və məsuliyyətlilik;
Azərbaycan və ingilis dili vacib, rus dili arzuolunandır;
Komandada işləmək və eyni anda bir neçə tapşırığı idarə etmək bacarığı.
Necə Müraciət Etmək Olar
Rabitəbank
Finance
Rabitəbank Azərbaycanda fəaliyyət göstərən kommersiya bankıdır və ölkənin maliyyə sektorunda uzunmüddətli təcrübəyə malik banklardan biri hesab olunur. Bank fərdi və korporativ müştərilər üçün kredit, depozit, ödəniş kartları, pul köçürmələri və biznes maliyyələşməsi kimi müxtəlif bank xidmətləri təqdim edir. Rabitəbank geniş filial şəbəkəsi və müasir xidmət infrastrukturu ilə müştərilərinə rahat maliyyə həlləri təklif edir. Bank fəaliyyətində innovasiya, təhlükəsizlik və müştəriyönümlü xidmət prinsiplərini əsas tutur. Rabitəbank rəqəmsal bankçılıq xidmətlərini inkişaf etdirərək mobil və internet bankçılığı vasitəsilə istifadəçilərə sürətli və rahat əməliyyat imkanları yaradır. Bank eyni zamanda sahibkarlığın dəstəklənməsi və ölkədə maliyyə xidmətlərinin əlçatanlığının artırılması istiqamətində aktiv fəaliyyət göstərir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#17258
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Yüksək Səviyyə
Şirkət Ölçüsü
1000+