Jira Administratoru

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 19 fevral 2026

Son Tarix: 30 mart 2026

Təsvir

Brain Solutions şirkəti telekommunikasiya başda olmaqla müxtəlif sənayelər üçün qabaqcıl, yüksək səmərəli texnoloji həllər təqdim edən aparıcı innovasiya mərkəzidir. Müştərilərə fərdiləşdirilmiş, miqyaslana bilən və biznes nəticələrinə fokuslanan rəqəmsal həllər təqdim etməklə, texnologiyanı strateji üstünlüyə çeviririk.

Şirkət haqqında

BrainSolutions texnoloji həllər və konsaltinq sahəsində lider kimi çıxış edərək, xüsusilə telekommunikasiya seqmentində rəqəmsal transformasiyanı sürətləndirən tətbiqlər hazırlayır. Missiyamız müxtəlif sənaye sahələrində fəaliyyət göstərən tərəfdaşlarımızın unikal ehtiyaclarına uyğun, yüksək keyfiyyətli və fərdiləşdirilmiş texnoloji həllər təqdim etməkdir.

İnnovasiya və səmərəliliyi mərkəzə alan yanaşmamız çərçivəsində, kompleks biznes tələblərini ölçülə bilən nəticələrə çevirən etibarlı texnoloji tərəfdaş kimi fəaliyyət göstəririk.

Şirkətimizdə layihə və proseslərin effektiv idarə olunmasını təmin etmək məqsədilə Jira Administratoru axtarırıq. Bu vəzifə Jira platformasının qurulması və idarə edilməsi, iş axınlarının optimallaşdırılması, istifadəçi dəstəyi və hesabatlılığın təmin edilməsini əhatə edir.

Əsas vəzifə və öhdəliklər

🔸 Jira sisteminin idarə edilməsi

✅ Jira Software və Jira Service Management platformalarının qurulması və konfiqurasiyası;

✅ Layihələrin, iş axınlarının (workflows), ekranların və sahələrin yaradılması və optimallaşdırılması;

✅ Jira layihə şablonlarının hazırlanması və standartlaşdırılması;

✅ Sistem performansının və stabilliyinin təmin edilməsi.

🔸 İstifadəçi və icazələrin idarə olunması

✅ İstifadəçilərin yaradılması, rolların və icazələrin təyin edilməsi;

✅ Qrupların və giriş səviyyələrinin idarə olunması;

✅ Təhlükəsizlik və məlumat məxfiliyinin qorunması.

🔸 Hesabatlılıq və analitika

✅ Dashboard və hesabatların hazırlanması;

✅ KPI və layihə göstəricilərinin izlənməsi;

✅ Məlumatların təhlili və rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi.

🔸 İnteqrasiya və texniki dəstək

✅ Jira-nın Confluence, Bitbucket və digər Atlassian alətləri ilə inteqrasiyası;

✅ Plugin və əlavələrin (add-ons) quraşdırılması və idarə edilməsi;

✅ İstifadəçilərə texniki dəstəyin göstərilməsi və təlimlərin təşkili;

✅ Sistemdə yaranan texniki problemlərin operativ həlli.

Tələblər

✅ Jira Administratoru və ya oxşar vəzifə üzrə minimum 1 il iş təcrübəsi;

✅ Jira Software və Jira Service Management üzrə praktiki biliklər;

✅ Workflows, schemes, permissions və dashboards üzrə dərin anlayış;

✅ Analitik düşünmə və problem həll etmə bacarığı;

✅ Texniki və qeyri-texniki istifadəçilərlə effektiv ünsiyyət bacarığı;

✅ Ali texniki təhsil (informasiya texnologiyaları, informasiya sistemləri, kompüter elmləri, avtomatlaşdırılmış sistemlər və riyaziyyat sahəsində) arzuolunandır.

✅ Azərbaycan dili – səlis, ingilis dili üstünlükdür.

Təklif etdiklərimiz

💸 Rəqabətədavamlı əməkhaqqı paketi

🤾‍♂️ Oyun zonası daxil olmaqla rahat istirahət və əməkdaşlıq məkanları

💰 Peşəkar inkişaf və sertifikasiya proqramları üçün maliyyə dəstəyi

👩‍⚕ Əhatəli tibbi sığorta paketi

🏆 Müntəzəm komanda quruculuğu və korporativ tədbirlər

😌 Ayda iki əlavə istirahət günü ilə iş–şəxsi həyat balansını dəstəkləyən iş rejimi

Əmək şəraitinin şərtləri:

✅Həftədə 5 iş günü olmaqla 40 saatlıq iş rejimi

Necə Müraciət Etmək Olar

Brain Solutions MMC

Brain Solutions MMC

Technology

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#9199

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

201-500

Bu Şirkətdən Daha Çox Vakansiya

İnsan Resursları şöbə müdiri

Tam Ştat

Brain Solutions şirkəti telekommunikasiya başda olmaqla müxtəlif sənayelər üçün qabaqcıl, yüksək səmərəli texnoloji həllər təqdim edən aparıcı innovasiya mərkəzidir. Müştərilərə fərdiləşdirilmiş, miqyaslana bilən və biznes nəticələrinə fokuslanan rəqəmsal həllər təqdim etməklə, texnologiyanı strateji üstünlüyə çeviririk. ​ Şirkət haqqında Brain Solutions texnoloji həllər və konsaltinq sahəsində lider kimi çıxış edərək, xüsusilə telekommunikasiya seqmentində rəqəmsal transformasiyanı sürətləndirən tətbiqlər hazırlayır. Missiyamız müxtəlif sənaye sahələrində fəaliyyət göstərən tərəfdaşlarımızın unikal ehtiyaclarına uyğun, yüksək keyfiyyətli və fərdiləşdirilmiş texnoloji həllər təqdim etməkdir. ​ İnnovasiya və səmərəliliyi mərkəzə alan yanaşmamız çərçivəsində, kompleks biznes tələblərini ölçülə bilən nəticələrə çevirən etibarlı texnoloji tərəfdaş kimi fəaliyyət göstəririk. Şirkətimizin insan kapitalının effektiv idarə olunmasını təmin etmək məqsədilə İnsan Resursları şöbə müdiri axtarırıq. Bu vəzifə işə qəbul, HR əməliyyatları, performansın idarə edilməsi, eləcə də təlim və inkişaf proseslərinə rəhbərliyi əhatə edir. Əsas vəzifə və öhdəliklər 🔸 İşə qəbul və kadr planlaması ✅Şirkətin biznes ehtiyaclarına uyğun kadr tələbatının müəyyənləşdirilməsi; ✅Vakansiyaların hazırlanması, yerləşdirilməsi və namizədlərin seçimi; ✅Müsahibə və seçim proseslərinin idarə olunması; ✅Yeni işçilər üçün adaptasiya (onboarding) prosesinin təşkili. 🔸 HR əməliyyatları ✅Əmək müqavilələrinin bağlanması, dəyişdirilməsi və xitam proseslərinin icrası; ✅HR sənədləşməsinin və şəxsi işlərin aparılması; ✅Məzuniyyətlər, iş vaxtı uçotu və digər inzibati HR proseslərinin idarə edilməsi; ✅Əmək qanunvericiliyinə uyğunluğun təmin edilməsi. 🔸 Performansın idarə edilməsi ✅Performans qiymətləndirmə sisteminin (KPI/OKR) qurulması və tətbiqi; ✅Dövri performans dəyərləndirmələrinin təşkili; ✅Mükafatlandırma və motivasiya mexanizmlərinin hazırlanması; ✅Aşağı performans üzrə inkişaf planlarının hazırlanması. 🔸 Təlim və inkişaf ✅Təlim ehtiyaclarının müəyyənləşdirilməsi; ✅İllik təlim və inkişaf planının hazırlanması və icrası; ✅Daxili və xarici təlimlərin təşkili; ✅İşçilərin peşəkar və liderlik bacarıqlarının inkişafı.