JavaScript Trainee
Bakı
Tam Ştat
Orta Səviyyə
1.000 - 1.100 AZN
Yerləşdirilib 5 yanvar 2026
Son Tarix: 14 fevral 2026
Təsvir
Beynəlxalq İT autsorsinq bazarının liderlərindən biri olan Andersen şirkəti Azərbaycanda (ofis: Bakı) gələcəkdə işlə təmin olunma imkanı daşıyan eksklüziv JavaScript təlim proqramı təklif edir!
Andersen şirkəti əməkdaşlarının sürətli və peşəkar inkişafı, bacarıqlarının artırılması ilə yaxından maraqlanır və hər zaman buna vaxt və vəsait ayrılmasına hazırdır. Bu səbəbdən rəqabət üstünlüyümüz əməkhaqqının və vəzifə dərəcəsinin sürətli artımıdır.
Şərtlər:
Nəzəri təlim: qrup intensivləri;
Təcrübəli təlimçilərin rəhbərliyi altında təlim layihəsində praktika;
Təcrübəçinin bilik səviyyəsinin yoxlanılması və rəy verilməsi;
Ofisdə təlim formatı;
Korporativ ingilis dili kursları;
Şirkətin daxili təlim proqramına (öz təhsil platforması) çıxış;
Şirkətin fəal korporativ həyatında iştirak.
Andersen təcrübəçisi aşağıdakılara arxalana bilər:
Mentorların yüksək peşəkarlığı;
Təlim zamanı diqqətli və qayğıkeş münasibət;
Təlim prosesində və sonradan kommersiya layihəsinə qoşularkən dəstək və kömək;
Təlimi uğurla başa vurduqdan sonra zəmanətli işlə təminat.
Əgər bu unikal imkan sizi maraqlandırdısa, zəhmət olmasa formu doldurun və aşağıdakı link vasitəsilə müraciət edin https://people.andersenlab.com/trainee/form .
Andersen İT sahəsində başlamaq və inkişaf etmək üçün əla fürsətdir!
Tələblər
İş təcrübəsi : 1 ildən aşağı
Yaş : -
Tələblər:
İngilis dilində orta (Intermediate) və ya daha yüksək səviyyədə danışıq bacarığı;
JavaScript, HTML/CSS əsasları üzrə güclü nəzəri biliklər, proqramlaşdırma mühitlərində işləmə bacarıqları;
Məlumat tipləri haqqında bilik, massivlər və obyektlərlə işləmə bacarığı, prototipləri anlamaq və onlarla işləməyi bilmək, AJAX-in nə olduğunu başa düşmək;
Portfeldə təlim və ya şəxsi layihələr (pet-projects);
Git ilə işləmə bacarığı;
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Andersen MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#4003
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə