IT üzrə Mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 9 yanvar 2026
Son Tarix: 9 fevral 2026
Təsvir
İş şəraiti
İş yeri: Bakı
İş rejimi: Tam ştat (5 günlük iş qrafiki)
Əmək haqqı: Müsahibə əsasında
Vəzifə öhdəlikləri:
Şirkətin bütün İT infrastrukturunun idarə edilməsi və davamlı işlək vəziyyətdə saxlanması
Kompüter, server, printer, şəbəkə və digər texniki avadanlıqların quraşdırılması, sazlanması və texniki baxımının aparılması
Lokal şəbəkə (LAN/WAN) və internet bağlantılarının monitorinqi, şəbəkə problemlərinin həlli
Serverlərin idarə olunması, ehtiyat nüsxələrin (backup) yaradılması və məlumat təhlükəsizliyinin təmin olunması
Proqram təminatlarının quraşdırılması, yenilənməsi və lisenziyaların idarə olunması
İstifadəçilərə texniki dəstəyin göstərilməsi (helpdesk) və İT problemlərin operativ həlli
Sistem və proqram təminatlarında meydana çıxan xətaların analizi və həlli
Yeni İT layihələrinin hazırlanması və tətbiqi (məsələn, avtomatlaşdırma, bulud həlləri, ERP inteqrasiyası)
Rəhbərliyə İT fəaliyyəti üzrə mütəmadi hesabatların təqdim edilməsi
İT təhlükəsizliyi protokollarına əməl olunmasının təmin edilməsi
Təhlükəsizlik pozuntularının və sistem xətalarının qarşısının alınması
İşçilərin İT təlimatlandırılması və İT siyasətləri barədə məlumatlandırılması
Tələblər
Ali təhsil (İT, Kompüter elmləri və ya əlaqəli sahə)
Yaş həddi: 23- 40 yaş
İT sahəsində minimum 3 il iş təcrübəsi
Windows və Linux əməliyyat sistemləri üzrə biliklər
Şəbəkə texnologiyaları, router/modem və firewall bilikləri
Server idarəetmə və virtualizasiya (VMware, Hyper-V və s.) üzrə biliklər üstünlükdür
Texniki düşüncə və problem həll etmə bacarığı
Məsuliyyətli, operativ və təşəbbüskar olması
Azərbaycan dili səlis, rus və ingilis dili üstünlükdür
Biz nə təklif edirik:
Rəqabətli əmək haqqı
Peşəkar inkişaf və təlim imkanları
Stabil və uzunmüddətli iş
Rahat, peşəkar və texniki cəhətdən təchiz olunmuş iş mühiti
Uyğun namizədlər CV-lərinizi qeyd olunan elektron poçt ünvanına (“İT üzrə mütəxəssis”) mövzusu ilə göndərməyiniz xahiş olunur.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
AzProduct
Vakansiya Təfərrüatları
Vakansiya ID
#4423
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə