Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 22 mart 2026

Son Tarix: 23 mart 2026

Təsvir

İnformasiya texnologiyaları bölməsinə korporativ IT-infrastrukturunun istismarı və sistem inzibatçılığı istiqamətində peşəkar inkişaf etməyə yönəlmiş, praktiki təcrübəyə malik texniki dəstək üzrə mütəxəssis tələb olunur.

Bu vəzifə çərçivəsində mütəxəssis aşağıdakı işlərdə iştirak edəcək:

Müəyyən edilmiş qaydalara uyğun olaraq istifadəçilərə texniki dəstəyin göstərilməsi (1–2-ci səviyyə)

Windows əməliyyat sistemləri, tətbiqi proqramlar və istifadəçi iş mühitində yaranan problemlərin diaqnostikası və aradan qaldırılması

Active Directory əsaslı domen infrastrukturunun müşayiəti:

  • kompüter və istifadəçi hesabları

  • Security & Distribution group

  • Group Policy Management

DNS və DHCP şəbəkə xidmətlərinin istismarı və ilkin diaqnostikası

Microsoft 365 xidmətlərinin dəstəyi və inzibatçılığında iştirak:

  • istifadəçi hesabları

  • lisenziyaların idarə olunması

  • Entra ID (Azure AD) üzrə əsas əməliyyatlar

  • Exchange Online və Microsoft Teams üzrə dəstək səviyyəsində işlər

  • Baş mühəndislərin nəzarəti altında serverlərin və korporativ IT-xidmətlərin inzibatçılığında iştirak

  • İnformasiya təhlükəsizliyi tələblərinə, minimal səlahiyyət prinsiplərinə və daxili prosedurlara riayət edilməsi

  • Tipik insidentlər və həllərin sənədləşdirilməsi

Tələblər

  • İnformasiya texnologiyaları sahəsində ali təhsil

  • Texniki dəstək üzrə minimum 1 il praktiki iş təcrübəsi

  • Windows əməliyyat sistemləri üzrə praktiki biliklər

  • Linux sistemlərinin inzibatçılığı üzrə ilkin bilikləri

  • Active Directory və domen arxitekturasının iş prinsiplərinin anlayışı

  • Microsoft 365 və hibrid infrastruktur ilə ilkin praktiki tanışlıq

  • Kompüter şəbəkələrinin əsas prinsiplərinin anlayışı (TCP/IP, DNS, DHCP)

  • İnsidentlərin kök səbəblərini analiz etmək bacarığı

  • Düzgün şifahi və yazılı ünsiyyət bacarıqları, istifadəçilərlə peşəkar ünsiyyət

  • Giriş hüquqları və konfiqurasiyalarla işləyərkən diqqətlilik və məsuliyyət

  • Sistem inzibatçısı rolunda inkişaf etməyə motivasiya

Üstünlük sayılacaq bilik və bacarıqlar:

  • Windows Server əsaslı server infrastrukturu ilə praktiki təcrübə

  • Virtualizasiya texnologiyaları üzrə baza bilikləri (VMware / Hyper-V)

  • Ehtiyat nüsxələmə və bərpa prinsiplərinin anlayışı

  • İnformasiya təhlükəsizliyi prinsipləri ilə tanışlıq

Necə Müraciət Etmək Olar

Milli Aviasiya Akademiyası

Milli Aviasiya Akademiyası

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#11741

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya