Ana Səhifə
Vakansiyalar
Maliyyə və Audit
Bank xidmətləri

IT Operations Core Bank Systems- ZirvədəSən 2026 Təcrübə Proqramı

IT Operations Core Bank Systems- ZirvədəSən 2026 Təcrübə Proqramı

Finance

Bakı,, Azərbaycan

Təcrübə

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 26 may 2026

Son Tarix: 1 iyun 2026

Təsvir

PAŞA Bank ZirvədəSən Təcrübə Proqramı nədir?

  • Bank sektorunda o cümlədən, maliyyə, marketinq, istedadların idarəedilməsi, komplayns, hüquq, data, “agile”, rəqəmsal mühəndislik sahələrində təcrübə əldə etmək imkanı;

  • PAŞA Bank mütəxəssisləri tərəfindən keçiriləcək 3 aylıq təlim sessiyaları;

  • Korporativ iş mühiti, şəbəkələşmə imkanları, peşəkar inkişaf, karyera məsləhətləri və mentorluq;

  • Təcrübə proqramında yüksək nəticə göstərən iştirakçılar üçün sertifikatlar və “PAŞA Bank”ın namizəd bazasına daxil olma şansı.

Tələblər

  • Xarici dillər: Azərbaycan dili, İngilis Dili (orta səviyyə), Rus dili (üstünlük verilir)

  • Kompüter bilikləri: SQL bilikləri

  • Başqa Tələblər:

Ali təhsil: Sonuncu kurs tələbələri, hazırki magistr tələbələri və həmçinin 2023-2024- cü illərin bakalavr məzunları;

Göstərici: Minimum 75% ÜOMG (üstünlükdür);

Soft bacarıqlar: Yüksək kommunikasiya bacarığı, komanda işi, motivasiya, analitik bacarıqlar.

  • Yuxarıda qeyd olunan tələblərdən əlavə IT sahəsində təhsil mütləqdir.

Necə Müraciət Etmək Olar

PASHA Bank

PASHA Bank

Finance

PASHA Bank Azərbaycanda fəaliyyət göstərən aparıcı korporativ banklardan biridir və əsasən biznes bankçılığı, investisiya həlləri və korporativ maliyyələşmə sahəsində ixtisaslaşıb. Bank 2007-ci ildə yaradılıb və hazırda PASHA Holding tərkibində fəaliyyət göstərir. PASHA Bank iri korporativ müştərilər, kiçik və orta biznes subyektləri üçün kredit, xəzinədarlıq, ticarət maliyyəsi və digər maliyyə xidmətləri təqdim edir. Bank fəaliyyətində innovasiya, etibarlılıq və müştəriyönümlü yanaşma prinsiplərini əsas tutur. PASHA Bank rəqəmsal bankçılıq həllərinin inkişafına, beynəlxalq maliyyə standartlarının tətbiqinə və ölkədə biznes mühitinin inkişafına xüsusi önəm verir. Bank həmçinin Azərbaycanın maliyyə sektorunda iri layihələrin maliyyələşdirilməsində və sahibkarlığın dəstəklənməsində aktiv rol oynayır.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#18214

İş Növü

Təcrübə

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Ticarətin maliyyələşdirilməsi Məhsul üzrə Mütəxəssis

Tam Ştat

Korporativ müştəriləri Bankın ticarətin maliyyələşdirilməsi məhsulları ilə təmin olunması və korporativ müştərilərin Korporativ Bankçılıq və Kommersiya Bankçılığı seqmentləri üçün bu əməliyyatların strukturlaşdırılması; Mövcud və yeni müştərilərə satış təqibi çərçivəsində korporativ satışların idarəedilməsi üzrə müştəri menecerləri ilə qarşılıqlı əlaqənin qurulması; Bankın müştəriləri üçün sənədli əməliyyatların (akkreditivlər, kredit məktubları və bank zəmanətləri) idarəedilməsi; Maliyyə təhlili şöbəsi ilə birlikdə müştərilər üçün ticarətin maliyyələşdirilməsi əməliyyatlarının strukturlaşdırılmasında iştirakın təmin edilməsi; Sənədli əməliyyat məhsullarının hazırlanması və satışların dəstəklənməsi; Müştəri tərəfindən ticarətin maliyyələşdirilməsi üzrə razılaşmanın tələblərinə komplayens baxımından riayət olunmasına müntəzəm monitorinqin aparılması, müştərinin mövcud öhdəliklərinin vaxtında ödənilməsinin/icrasının təmin və monitorinq edilməsi; Ticarət maliyyələşdirilməsi sazişləri üzrə münasib qiymət və razılıq üçün səmərəli yardımın göstərilməsinin, müştərilərin tələbatının müəyyənləşdirilməsinin və ən müasir ticarət maliyyələşdirilməsi məhsulları haqqında məlumatların verilməsinin təmin edilməsi; Müştərilərin ticarət maliyyələşdirilməsi üzrə sorğularının araşdırılması; Bankın ticarətin maliyyələşdirilməsi üzrə fəaliyyətini dəstəkləmək məqsədilə yerli və xarici müxbir banklarla səmərəli ünsiyyətin saxlanılması; Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar və s.