İT BA üzrə Aparıcı Mütəxəssis / İT BA üzrə Baş mütəxəssis
Tam Ştat
Yüksək Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 10 fevral 2026
Son Tarix: 4 mart 2026
Təsvir
****“PAŞA Sığorta” ASCnamizədləri İT BA üzrə Aparıcı Mütəxəssis / İT BA üzrə Baş mütəxəssisvəzifələrinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Qısa təsvir:
Şirkətin məhsul və xidmətlərinin yaradılması və ya yenilənməsi prosesində iştirak edərək, kompleks biznes və texniki problemləri analiz edib optimal həll yolları təklif etmək. Gənc mütəxəssislərə mentorluk etməklə yanaşı, strateji məqsədlərə uyğun innovativ həllərin təşəbbüskarı olmaq.
Bilik və Bacarıqları:
Güclü analitik və problemlərin həlli bacarıqları, detallara diqqət.
Tələblərin toplanması, izlənməsi, dəyişikliklərin idarə olunması və sənədləşdirmənin aparılması.
Test ssenarilərinin QA ilə birgə hazırlanmasında və testin aparılmasında, doğrulanmasında iştirak etmək.
Uzunmüddətli biznes məqsədlərini nəzərə alaraq strateji qərarlar qəbul etmək.
BA/SAfunksiyalarının biznes və məhsul metriklərinə təsirini anlamaq.
AItexnologiyaların inkişaf proseslərinə təsirini anlamaq.
Metodologiyanın test, sənədləşdirmə, CI/CD kimi sahələrə təsirini başa düşmək.
Proqram təminatının inkişafının həyat dövrü metodologiyaları (Agile, Scrum, SAFe Kanban) haqqında bilik.
Layihə idarəetmə prinsipləri barədə bilik.
Jira, Confluencekimi tələblərin toplanması alətlərində təcrübə.
CJM (Customer Journey Mapping) istifadə və strategiyada tətbiqi.
Problemlərin əsas səbəblərinin dərin təhlili üçün “5 Niyə?” texnikasından istifadə etmək.
Proses modelləşdirmə (BPMN, UML ) alətlərindən istifadə (Bizagi, Signavio).
Root Cause Analysis metodları ilə keyfiyyət atributlarındakı sapmaların səbəblərini təhlil etmək.
Analitik və hesabat məqsədi ilə mürəkkəb SQL sorğuları hazırlamaq.
RabbitMQ, Kafka kimi mesajlaşma sistemlərindən istifadə edə bilir.
REST, SOAP tipli API interfeyslərinin qurulmasında təcrübə.
Namizədə Tələblər:
Sığorta və ya maliyyə sahəsində təcrübə arzuolunandır.
Analitik düşüncə və data əsaslı qərarvermə bacarığı.
Kompleks layihələrdə iştirak və özünü idarə bacarığı.
Təhsil və Sertifikatlar:
İnformasiya Texnologiyaları, Biznes İdarəetməsi və ya əlaqəli sahələr üzrə bakalavr dərəcəsi.
İİBA, PBA, SQL, Power BI və proqramlaşdırma dillərinə dair sertifikatlar üstünlükdür.
Dil bilikləri
İngilis və rus dili bilikləri.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Department Keyfiyyət və istifadəçi təcrübəsi departamenti
Locations Bakı
Necə Müraciət Etmək Olar
PASHA Insurance
Finance
PASHA Insurance Azərbaycanda fəaliyyət göstərən aparıcı qeyri-həyat sığorta şirkətlərindən biridir və PASHA Holding tərkibinə daxildir. Şirkət 2006-cı ildə təsis olunub və fəaliyyətini Azərbaycan Mərkəzi Bankının verdiyi lisenziya əsasında həyata keçirir. PASHA Insurance fərdi və korporativ müştərilər üçün geniş spektrli sığorta xidmətləri təqdim edərək bazarda etibarlı və stabil sığortaçı kimi tanınır. Şirkətin məhsul portfelinə avtonəqliyyat sığortası (KASKO və icbari), əmlak sığortası, səyahət sığortası, yük və məsuliyyət sığortası, eləcə də müxtəlif korporativ sığorta həlləri daxildir. PASHA Insurance rəqəmsal xidmətlərin inkişafına, müştəri təcrübəsinin yaxşılaşdırılmasına və beynəlxalq sığorta standartlarının tətbiqinə xüsusi önəm verir və qeyri-həyat sığortası bazarında lider mövqelərdən birini qoruyur.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#8231
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Yüksək Səviyyə
Şirkət Ölçüsü
501-1000