İstismar xidmətləri üzrə texnik (mexanik)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 26 fevral 2026
Son Tarix: 27 mart 2026
Təsvir
PAŞA Property Management “ İstismar xidmətləri üzrə texnik (mexanik)” vakansiyası üzrə işə qəbul elan edir.
Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.
Ventilyatorlara, kondisionerlərə və mühərriklərə texniki xidmət göstərmək;
Suyun və havanın keyfiyyət, kəmiyyət, hərarətini test etmək və ölçmək;
Müvafiq sistemlərin və aksessuarların təmizləmək və onlara texniki xidmət göstərmək;
Zədələnmiş hissələrin təmir etmək yaxud dəyişdirmək;
Bütün mexaniki avadanlıqlarda profilaktik təmir işləri aparmaq;
Hava çıxışlarını (jalyüzlər, məhəccərlər, diffuzorlar) təmizləmək;
Bütün nasazlıqlar barədə nəzarətçilərə xəbər vermək;
Sifariş edilməli olan cihazlar və ehtiyat hissələri barədə rəhbərliyi məlumatlandırmaq;
Mebellər, otaqlar (alçıpan və divar kağızları) və avadanlıq daxil olmaqla, binanın səthlərinin rəngləmək, texniki xidmət göstərmək və təmir etmək;
İşçiyə təhkim edilmiş alət və avadanlıqları təmizləmək, texniki qulluq etmək və saz vəziyyətdə saxlamaq;
Verilmiş digər müvafiq tapşırıqları yerinə yetirmək.
Tələblər
Işində cəld və məsuliyyətli olmaq;
Komanda ilə işləmə bacarığı;
Mexanik kimi minimum 3+ il iş təcrübəsi;
Böyük biznes mərkəzində iş təcrübəsi üstünlükdür.
Necə Müraciət Etmək Olar
PASHA Property Management
Other
PAŞA Property Management (PAŞA Property Management) Azərbaycanda premium daşınmaz əmlakın idarəedilməsi sahəsində aparıcı şirkətdir. O, yaşayış binaları, villalar, biznes mərkəzləri və sərgi sahələri kimi yüksək səviyyəli obyektlərin idarə olunmasını həyata keçirir və müasir texnologiyalarla komfort, təhlükəsizlik və keyfiyyət standartlarını təmin edir. Məqsədi müştərilərə şəxsiləşdirilmiş və yüksək komfortlu xidmətlər göstərərək daşınmaz əmlakın dəyərini artırmaqdır. Şirkət müxtəlif prestijli layihələrin — “Port Baku Residence”, “Knightsbridge Residence”, “Baku Palace”, “Parkview Apartments” və “Baku City Villas” kimi Bakının nüfuzlu yaşayış və kommersiya əmlaklarının idarə edilməsində iştirak edir. PAŞA Property Management həm yerli, həm də beynəlxalq müştərilərə uyğun həllər təklif edir və daşınmaz əmlak sahəsində etibarlı tərəfdaş kimi fəaliyyət göstərir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#9856
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
501-1000