Ana Səhifə
Vakansiyalar

İstismar xidmətləri üzrə texnik (havalandırma)

İstismar xidmətləri üzrə texnik (havalandırma)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 24 fevral 2026

Son Tarix: 13 mart 2026

Təsvir

PAŞA Property Management “İstismar xidmətləri üzrə texnik (havalandırma)” vakansiyası üzrə işə qəbul elan edir.

Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.

  • Ventilyatorlara, kondisionerlərə və mühərriklərə texniki xidmət göstərmək;

  • Suyun və havanın keyfiyyət, kəmiyyət, hərarətini test etmək və ölçmək;

  • Müvafiq sistemlərin və aksessuarların təmizləmək və onlara texniki xidmət göstərmək;

  • Zədələnmiş hissələrin təmir etmək yaxud dəyişdirmək;

  • Bütün mexaniki avadanlıqlarda profilaktik təmir işləri aparmaq;

  • Hava çıxışlarını (jalyüzlər, məhəccərlər, diffuzorlar) təmizləmək;

  • Bütün nasazlıqlar barədə nəzarətçilərə xəbər vermək;

  • Sifariş edilməli olan cihazlar və ehtiyat hissələri barədə rəhbərliyi məlumatlandırmaq;

  • Mebellər, otaqlar (alçıpan və divar kağızları) və avadanlıq daxil olmaqla, binanın səthlərinin rəngləmək, texniki xidmət göstərmək və təmir etmək;

  • İşçiyə təhkim edilmiş alət və avadanlıqları təmizləmək, texniki qulluq etmək və saz vəziyyətdə saxlamaq;

  • Verilmiş digər müvafiq tapşırıqları yerinə yetirmək.

Tələblər

  • İşində cəld və məsuliyyətli olmaq;

  • Komanda ilə işləmə bacarığı;

  • Mexanik kimi minimum 3+ il iş təcrübəsi;

  • AHU, Çiller, Fankoyl sistemləri ilə işləmə bacarığı;

  • Böyük biznes mərkəzlərində iş təcrübəsi üstünlükdür.

Necə Müraciət Etmək Olar

PASHA Property Management

PASHA Property Management

Other

PAŞA Property Management (PAŞA Property Management) Azərbaycanda premium daşınmaz əmlakın idarəedilməsi sahəsində aparıcı şirkətdir. O, yaşayış binaları, villalar, biznes mərkəzləri və sərgi sahələri kimi yüksək səviyyəli obyektlərin idarə olunmasını həyata keçirir və müasir texnologiyalarla komfort, təhlükəsizlik və keyfiyyət standartlarını təmin edir. Məqsədi müştərilərə şəxsiləşdirilmiş və yüksək komfortlu xidmətlər göstərərək daşınmaz əmlakın dəyərini artırmaqdır. Şirkət müxtəlif prestijli layihələrin — “Port Baku Residence”, “Knightsbridge Residence”, “Baku Palace”, “Parkview Apartments” və “Baku City Villas” kimi Bakının nüfuzlu yaşayış və kommersiya əmlaklarının idarə edilməsində iştirak edir. PAŞA Property Management həm yerli, həm də beynəlxalq müştərilərə uyğun həllər təklif edir və daşınmaz əmlak sahəsində etibarlı tərəfdaş kimi fəaliyyət göstərir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#9698

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

501-1000

Bu Şirkətdən Daha Çox Vakansiya

Təchizat üzrə mütəxəssis

Tam Ştat

PAŞA Property Management “Təchizat üzrə mütəxəssis” vakansiyası üzrə işə qəbul elan edir. Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq. Tenderlərin aparılması, iddiaçıların siyahısının tərtibi, kommersiya qiymətləndirilməsi, müqavilənin tərtib və bağlanması daxil olmaqla müqavilə dövriyyəsini tam yerinə yetirmək; Yerli və beynəlxalq satınalma sifarişlərini yerləşdirmək; Təchizatçıların hesab-fakturalarının məqbulluğunu təsdiqləmək; Satın alınan məhsulların keyfiyyətinin və çatdırılmaların vaxtında aparılmasının yaxşılaşdırılması və yüksəldilməsi yollarını axtararkən xərcləmə əməliyyatlarını qiymətləndirmək; Müştərilərin təcili müraciətlərinə dərhal baxmaq; Əlavə təchizatçılar üçün davamlı axtarışlar apararkən təchizatçılarla əlaqələri saxlamaq; Lahiyələrin səmərəliliyinə təsir edən məhsul və xidmətlərin effektiv axını ilə bağlı mütəmadi olaraq lahiyə rəhbərləri ilə əlaqə saxlamaq; Yüksək keyfiyyətli və etibarlı çatdırılma ilə uyğun gələn iqtisadi şərtlərin əksəriyyətini təmin etmək üçün iddiaçılarla əsas təchizat müqavilələri üzrə danışıqlar aparmaq; Mühəndislərdən spesifikasiyalar və çertyojlar üçün təklifləri sorğu etmək; Tender təkliflərini kommersiya təhlil və təsdiq etmək; Qiymət, çatdırılma və uyğunluq əsasında satınalma qərarlarını qəbul etmək; Tender cədvəllərini hazırlamaq və texniki təsdiqləri almaq.